Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: məktəb

Bu məktəblərdə dərslər distant keçiriləcək - SİYAHI

Bu məktəblərdə dərslər distant keçiriləcək - SİYAHI

İyunun 5-də IV siniflər üzrə, iyunun 6-da VI siniflər üzrə monitorinqlərin təşkil olunması ilə əlaqədar paytaxtda mərkəz kimi müəyyən olunmuş ümumi təhsil müəssisələrində tədris prosesi distant (məsafədən) formada keçiriləcək. Bu barədə Primeinfo.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, iyunun 5-də IV siniflər istisna olmaqla bütün digər siniflər üçün 108 monitorinq mərkəzində, iyunun 6-da isə 6 günlük iş rejimində fəaliyyət göstərən məktəblərdə VI siniflər istisna olmaqla digər siniflər üçün tədrisin fasiləsizliyini təmin etmək məqsədilə dərs prosesi distant (məsafədən) formada aparılacaq.

Məktəbə telefon gətirən şagirdlərlə bağlı VACİB XƏBƏR

Məktəbə telefon gətirən şagirdlərlə bağlı VACİB XƏBƏR

Son zamanlar məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi ilə bağlı məsələ tez-tez gündəmə gəlir. Primeinfo.az xəbər verir ki, mövcud qaydalara əsasən, şagirdlərin məktəbə mobil telefon, ağıllı saat və digər elektron cihazlar gətirməsi, eləcə də dərs zamanı onlardan istifadə etməsi məqsədəuyğun hesab edilmir. Lakin müəllim hər hansı dərsdə elektron cihazlardan istifadəni nəzərdə tutursa, bu barədə valideynlər əvvəlcədən yazılı şəkildə məlumatlandırılmalı və cihazların təhlükəsiz saxlanılması təmin edilməlidir.

WUF13-lə bağlı bəzi məktəblərdə tədris distant formada olacaq

WUF13-lə bağlı bəzi məktəblərdə tədris distant formada olacaq

Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə əmr imzalayıb. Bu barədə Primeinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Əmrə əsasən, WUF13-ün keçiriləcəyi 17-22 may tarixlərində Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində (məktəbəqədər və internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla) tədris və təlim-tərbiyə prosesinin təşkilində bəzi dəyişikliklər ediləcək.

Bəzi məktəblərin bufetlərində qadağan edilən məhsullar satılır - FOTO

Bəzi məktəblərin bufetlərində qadağan edilən məhsullar satılır - FOTO

  Cari ilin mart ayı ərzində 390 ümumtəhsil müəssisəsində monitorinq keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, həmin məktəblərdən 263-də ciddi sanitar pozuntular (sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qeyri-qənaətbəxş olması, məhsulların saxlanması zamanı temperatur rejiminə düzgün əməl olunmaması, işçilərin məcburi tibbi müayinədən keçməməsi və şəxsi gigiyena qaydalarına əməl etməməsi, qida blokunda təmizlik və dezinfeksiya tədbirlərinin aparılmaması və s.) müəyyən edilib.

Bu məktəblərdə çalışan müəllimlər də sertifikasiyadan keçəcəklər

Bu məktəblərdə çalışan müəllimlər də sertifikasiyadan keçəcəklər

Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsinin aparılacaq. Primeinfo.az-ın məlumatına görə, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsində və “Təhsil haqqında” Qanununa dəyişiklik edilməsi barədə qanununun layihəsində əksini tapıb. Layihənin qəbul edilməsi nəticəsində təhsilverənlərin nəzəri biliklərinin, təcrübəsinin və peşə yararlılığının attestasiya keçirilməsi yolu ilə deyil, sertifikasiya imtahanına cəlb edilməsi yolu ilə xüsusi qaydalara uyğun olaraq qiymətləndiriləcək.