Fevralın 25-i saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarısı üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq. Primeinfo.az xəbər verir ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları və 1-10-cu sinifləri əhatə edəcək. Şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir.
Fevralın 16-da Qobu qəsəbəsində fəaliyyət göstərən 1 saylı tam orta məktəbdə təhsil alan IX sinif şagirdləri arasında yaranan münaqişə nəticəsində tərəflərdən biri digərinə bədən xəsarəti yetirib. Primeinfo.az xəbər verir ki, təhsil ocağından “Azərbaycan müəllimi”nə daxil olan məlumata əsasən, xəsarət almış məktəbliyə əvvəlcə təhsil müəssisəsində ilkin tibbi yardım göstərilib, ardınca o, xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən müayinə olunan yeniyetməyə ambulator müalicə təyin edilərək evə buraxılıb: “Baş vermiş hadisə məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə alınıb və aidiyyəti qurumlar məlumatlandırılıb.
Türkiyənin Kocaeli vilayətindəki orta məktəbdə şok hadisə aşkarlanıb. Primeinfo.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, vilayətin Dilovası rayonunda bir il işlədiyi liseydə 24 qız şagirdə cinsi təcavüz etməkdə ittiham olunan müəllim həbs edilib. Mübeccel Çolakoğlu Liseyində bir neçə qız şagird valideynlərinə müəllimləri M.O.-nun onlara cinsi təcavüz etdiyini söylədikdən sonra vəziyyət məktəb rəhbərliyinə bildirilib.
Sumqayıt məktəblərində insidentlər baş verib. Primeinfo.az xəbər verir ki, hadisələrdən biri 33 nömrəli, digəri isə 11 nömrəli məktəbdə qeydə alınıb. Belə ki, birinci məktəbdə sinif yoldaşları tərəfindən döyüldüyü iddia edilən 2012-ci il təvəllüdlü H.B.
2025–2026-cı tədris ilindən etibarən yaradılan sinifin təşkili üçün xüsusi işçi qrupu formalaşdırılıb, peşə ixtisası müəyyən edilib və tədris proqramı hazırlanıb. Tədris prosesinin effektiv təşkili məqsədilə məktəbdə xüsusi emalatxana yaradılıb və zəruri maddi-texniki baza ilə təmin edilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı MÜTDA məlumat yayıb.
Son günlər ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar ucqar dağlıq kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində fasilələr müşahidə edilir.
Ucar şəhər 2 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib. Təhsil müəssisəsinin 1958-1960-cı illərdə inşa olunan binası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü. Primeinfo.az xəbər verir ki, bu səbəbdən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 720 şagirdlik yeni məktəb binasının inşasına başlanılmışdır.
Bakının 132-134 saylı Təhsil Kompleksində Daxili İşlər Nazirliyinin (DİN) mühafizə xidməti fəaliyyətə başlayıb. Primeinfo.az xəbər verir ki, xidmət məktəbin müraciəti əsasında DİN-in Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşlarından ibarət heyət tərəfindən təşkil olunub. Mühafizə xidməti məktəbin ərazisinin qorunması ilə yanaşı, şagirdlər və müəllim kollektivi üçün təhlükəsizliyin təmin edilməsinə yönəldilib.
Rusiyada terror aktının qarşısı alınıb. Primeinfo.az xəbər verir ki, Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşı Adıgey Respublikasında məktəbdə terror hücumu planlaşdırıb. Hazırda həmin şəxs saxlanılıb.
Balakən şəhərində yerləşən N. Gəncəvi adına 1 saylı tam orta məktəbdə yanğın baş verib. Primeinfo.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında məktəb binasının daxili pilləkən qəfəsində qeydə alınıb.