Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: məktəb

İstanbulda Azərbaycan məktəbi açılacaq

İstanbulda Azərbaycan məktəbi açılacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi qəbul edilib. Primeinfo.az-ın məlumatına görə, bu məsələ, Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib. Hazırkı Əlavə Protokol Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişin icrası məqsədilə hazırlanmışdır.

Türkiyədə məktəbli odlu silahla direktora xəsarət yetirib

Türkiyədə məktəbli odlu silahla direktora xəsarət yetirib

Türkiyənin Mersin vilayətində orta məktəb şagirdi təhsil müəssisəsinin direktoru Ender Karuya tüfənglə atəş açıb. Primeinfo.az Report-a  istinadən xəbər verir ki, hadisə vilayətin Anamur rayonunda məktəb ərazisində baş verib. Məlumata görə, ötən həftə məktəb direktoru şagirdə velosipedlə təhsil müəssisəsinə gəldiyi üçün irad tutmuşdu.

Boğazında çörək qalan şagirdi belə xilas etdilər - Anbaan görüntülər

Boğazında çörək qalan şagirdi belə xilas etdilər - Anbaan görüntülər

Bakıda yerləşən orta məktəblərdən birində boğulma təhlükəsi ilə üzləşən şagird vaxtında göstərilən yardım sayəsində xilas olunub. Primeinfo.az xəbər verir ki, hadisə paytaxtın 112 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinfində qeydə alınıb. Belə ki, şagird yemək zamanı boğazında çörək parçasının qalması nəticəsində boğulmağa başlayıb.

Bakıda məktəbdə 8 şagird saqqızdan zəhərlənib

Bakıda məktəbdə 8 şagird saqqızdan zəhərlənib

Bu gün Bakı şəhərinin 14 nömrəli tam orta ümumtəhsil məktəbinin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. Şagirdlərdə ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib.

Məktəblərdə istilik təchizatı ilə bağlı görülən işlər açıqlanıb

Məktəblərdə istilik təchizatı ilə bağlı görülən işlər açıqlanıb

2025–2026-cı tədris ili üzrə istilik mövsümünə hazırlıq çərçivəsində Bakı və regionlarda ümumilikdə 1873 təhsil müəssisəsində (1500 ümumi, 373 məktəbəqədər) texniki işlər aparılıb. Bu barədə Primeinfo.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, son iki ildə ölkə üzrə əlavə olaraq 300-dən çox təhsil müəssisəsində qazlaşma prosesi həyata keçirilib.

Azərbaycanda 21 yeni peşə təhsili müəssisəsi tikiləcək - SƏRƏNCAM

Azərbaycanda 21 yeni peşə təhsili müəssisəsi tikiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Primeinfo.az istinadən xəbər verir ki, sərəncamla 2026-2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmiri işlərinin aparılması təmin ediləcək. Qeyd edilib ki, əmək bazarının tələblərinə uyğun səriştələr formalaşdıran yüksəkkeyfiyyətli peşə təhsili məşğulluq səviyyəsinin və əmək məhsuldarlığının artırılmasına mühüm töhfə verir.

Horovlu kənd məktəbi fəaliyyətə başladı - FOTO

Horovlu kənd məktəbi fəaliyyətə başladı - FOTO

Bu gün Cəbrayıl rayonu Horovlu kənd tam orta ümumtəhsil məktəbinin fəaliyyətə başlaması münasibətilə tədbir keçirilib. Primeinfo.az  xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi məlumat yayıb. Açılışda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb kollektivi, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.

Elçin Alıoğlu: “Müəllim şagirdə “sən” yox, “siz” deməlidir” - VİDEO

Elçin Alıoğlu: “Müəllim şagirdə “sən” yox, “siz” deməlidir” - VİDEO

“Müəllim şagirdə “siz” deyə müraciət etməlidir”. Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində siyasi şərhçi Elçin Alıoğlu bildirib. Onun fikrincə, Azərbaycanın əksər orta məktəblərində sanki “gestapo rejimi” hökm sürür: “Müəllim girir sinfə, şagirdlərə “sakit olun, oturun, durun!” əmri verir.

Aygün Muradxanlı: “Təhsil nazirinin məktəblərdən xəbəri yoxdur” – VİDEO

Aygün Muradxanlı: “Təhsil nazirinin məktəblərdən xəbəri yoxdur” – VİDEO

“Məktəblərdə bütün müəllimlərin eyni vaxtda müəllimlər otağında oturması üçün yer yoxdur”. Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı Masa” verilişində jurnalist Aygün Muradxanlı bildirib. O, elm və təhsil naziri Emin Əmrullayevin “müəllimlər axşam saat 6-ya kimi məktəbdə qalacaq” fikrini tənqid edib.