Məktəblərdə payız tətili başlayır
Noyabrın 16-dan ümumi təhsil müəssisələrində payız tətili başlayır.
Noyabrın 16-dan ümumi təhsil müəssisələrində payız tətili başlayır.
Babək rayon Cəhri Qəsəbəsi 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi müəllim tərəfindən zorakılığa məruz qaldıqları ilə bağlı iddialar səsləndirib. Primeinfo.az xəbər verir ki, şagird, F.Z müəllimi Etibar Əhmədov tərəfindən kəmərlə bağlanaraq döyüldüklərini bildirib. Məktəblinin şikayəti ilə bağlı Naxçıvan Təhsil Nazirliyi açıqlama yayıb: “Babək Rayon Təhsil Şöbəsi tərəfindən məsələnin araşdırılmasına başlanılıb.
Payız tətilindən sonra ilk dərs günü 21 noyabr tarixinə təsadüf edəcək.
2025-2026-cı tədris ilində Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunacaq. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb. Proqrama əsasən, 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən etibarən isə fars və gürcü dilləri tədris olunacaq.
Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad rayonu Vüqar Həsənov adına Muğangəncəli kənd tam orta məktəbində araşdırma aparıb. Primeinfo.az Unikal-a istinadla xəbər verir ki, araşdırmalar nəticəsində məktəbin direktoru Afiq Quliyev işdən çıxarılıb. Məlum olub ki, direktor barəsində şikayəti öz qızı verib.
Ümumi təhsil sistemində idarəetmənin səmərəliliyini və şəffaflığını artırmaq məqsədilə bu ildən etibarən dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsi yeni yanaşmalar əsasında təşkil olunur. Primeinfo.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, yeni qaydalar əsasında proses məktəb idarəçiliyində pedaqoji liderlik modelinin formalaşdırılmasına xidmət edir və idarəetmə bacarığı yüksək olan peşəkar müəllimlərin seçilməsini hədəfləyir. Bu çərçivədə sertifikatlaşdırmada, müəllimlərin işə qəbulu imtahanında və ya diaqnostik qiymətləndirmədə yüksək nəticə əldə edən namizədlər arasından seçim aparılacaq.
“Azərbaycanda hələ belə bərbad təhsil sistemi və naziri olmayıb”.
“Paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq”. Primeinfo.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. “Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.