Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ İranda qızlar məktəbini buna görə BOMBALAYIB - ŞOK AÇIQLAMA

27.06.2026 19:15

ABŞ İranda qızlar məktəbini buna görə BOMBALAYIB - ŞOK AÇIQLAMA

ABŞ kəşfiyyatının potensial hədəfləri analiz edərkən yol verdiyi səhvlər İrandakı məktəbə zərbə endirilməsinə səbəb olub.

Primeinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Materialda qeyd olunur ki, buraxılan səhvlər arasında analitikin diqqətdən qaçan qeydləri və ABŞ kəşfiyyatının bir-biri ilə əlaqəsi olmayan sistemləri yer alıb.

Agentliyin məlumatına görə, 2019-cu ildə potensial hədəfləri araşdıran amerikalı kəşfiyyat analitiki Minab şəhərindəki bir obyektin əslində ibtidai məktəb olduğunu müəyyən edib.

Halbuki ABŞ həmin obyekti İran Silahlı Qüvvələrinin elit bölməsinə məxsus hərbi dəniz bazasının bir hissəsi hesab edirdi.

Analitik bu faktı rəqəmsal kəşfiyyat aləti vasitəsilə qeydə alsa da, həmin proqram ABŞ-nin hədəf seçimi üçün istifadə etdiyi rəsmi məlumat bazasına inteqrasiya olunmayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp İranın Minab şəhərində qızlar üçün ibtidai məktəbin raket atəşinə tutulması insidentini şərh edib.

Ağ Ev rəhbəri bu zərbənin Amerika qüvvələri tərəfindən endirilmədiyini düşündüyünü bildirib.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Münaqişənin başladığı gün İranın cənubundakı Minab şəhərində yerləşən qızlar məktəbi bombalanıb.

Paylaş: