Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Qaradag

Bu şadlıq evinin fəaliyyəti məhdudlaşdırıldı

Bu şadlıq evinin fəaliyyəti məhdudlaşdırıldı

Ağdam rayonunun Qaradağlı kəndində fəaliyyət göstərən, Məmmədov Ramiz Qəzənfər oğluna məxsus “Ağdam” şadlıq evində yoxlama keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, baxış zamanı şadlıq evində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.

Bakıda iki bacı dəm qazından boğularaq ölüb

Bakıda iki bacı dəm qazından boğularaq ölüb

Bakıda iki bacı dəm qazından boğularaq ölüb. Primeinfo.az-ın məlumatına görə, hadisə gecə saatlarında Qaradağ rayonunda baş verib. Ələt qəsəbə sakini 1951-ci il təvəllüdlü Minəxanım Qəzənfər qızı Məmmədova və bacısı 1955-ci il təvəllüdlü Almaz Abbasova yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq

Sabunçu, Suraxanı və Qaradağ rayonlarında qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar 25.11.2025-ci il saat 10:00-dan bəzi ərazilərin qaz təchizatının dayandırılması planlaşdırılır. Bu haqda Primeinfo.az-a “Azəriqaz” İB-dən məlumat verilib. Təmir-bərpa işləri aparılan zamanı Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsinin və Yeni massivin, Səngəçal qəsəbəsinin Yol evləri və Bağ evləri yaşayış ərazilərinin, həmçinin Qaraçuxur qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu ərazilərdə də qaz olmayacaq - Sızma aşkarladı

Bu ərazilərdə də qaz olmayacaq - Sızma aşkarladı

19.11.2025-ci il tarixində saat 20:40-da “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Duvannı” yüksək təzyiqli magistral qaz kəmərinin 12,0-ci km-də yaranmış qaz sızmasının ləğvi ilə bağlı, qazın nəqli kəmərin qeyd olunan hissəsindən dayandırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, hal-hazırda “Səngəçal ümümi” ölçü qovşağından Qaradağ rayonunun Sangəçal qəsəbəsi, Umbakı qəsəbəsi, Yol evləri və Bağ evləri yaşayış massivləri təbii qazla təmin olunur, lakin qeyd olunan ərazilərin qaz təchizatında gecə saatlarından etibarən məhdudiyyət yaranacaq, təmir işləri başa çatdıqdan sonra 20.11.2025-ci il tarixində günün birinci yarısında qaz təchizatının bərpası planlaşdırılır.

Daha bir ekrən nikahın qarşısı alındı

Daha bir ekrən nikahın qarşısı alındı

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən erkən nikah mərasiminin qarşısı alınıb. Primeinfo.az xəbər verir ki, rayon ərazisində 16 yaşlı qızın toy mərasiminin keçirilməsi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və görülən tədbirlər nəticəsində qanunsuz təşkil olunan toy mərasiminin qarşısı alınıb. Tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.