
Harbiye Açıq Hava Teatrında “Ölü dəniz” adlı stendap şousu ilə ölkə gündəmində səs-küy yaradan komediyaçı Deniz Göktaş xarici ölkədən tətildən Türkiyəyə qayıdarkən saxlanılıb. Hadisə İstanbul aeroportunda pasport nəzarətindən keçərkən baş verib.
Primeinfo.az bu barədə “Haber Global”a istinadən xəbər verir.
Baş Prokurorluq tərəfindən aparılan araşdırmanın “əhalinin bir qisminin mənimsədiyi dini dəyərləri açıq şəkildə təhqir etmək” maddəsi əsasında həyata keçirildiyi məlum olub.
İstintaqın sosial şəbəkələrdə yayılan şou görüntüləri və səsləndirilən fikirlər əsasında bilavasitə başlanıldığı, hüquqi prosesin isə İstanbul Respublika Baş Prokurorluğunun nəzarəti altında davam etdiyi qeyd olunub.
