Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: həbs

İlhamə Quliyevanın bacısı qızı həbs edildi

İlhamə Quliyevanın bacısı qızı həbs edildi

Cinayət işi tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən Xalq artisti İlhamə Quliyevanın bacısı qızının ilk məhkəməsi keçirilib. Primeinfo.az Manşet.az-a istinadən xəbər verir ki, bu dəqiqələrdə keçirilən elə ilk iclasda Nigar Həsənova həbs edilib. Bildiririk ki, Nigar Həsənovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə açılmış cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi.

Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

Hədə-qorxu ilə tələb etmədə ittiham olunan Əfqan Sadıqov həbs edilib. Primeinfo.az xəbər verir ki, bu barədə APA-ya vəkil Nemət Kərimli bildirib. Vəkilin sözlərinə görə, Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən, Əfqan Sadıqov barəsində iyulun 30-dək həbs qətimkan tədbiri seçilib.

Köçəryandan şok açıqlama – Putin İrəvana gəlsə, həbs olunacaq

Köçəryandan şok açıqlama – Putin İrəvana gəlsə, həbs olunacaq

Ermənistanın ikinci prezidenti Robert Köçəryan İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsindən sonra yaranmış vəziyyəti sərt tənqid edib. Primeinfo.az xəbər verir ki, Armavir vilayətində seçkiqabağı görüş zamanı çıxış edən Köçəryan bildirib ki, Ermənistanın BCM-yə qoşulması nəticəsində Rusiya prezidenti Vladimir Putinin ölkəyə səfəri hüquqi baxımdan problemli vəziyyətə düşüb. Onun sözlərinə görə, hazırkı şəraitdə Ukrayna prezidenti Volodimir Zelenski Ermənistana gələ bilər, lakin Putin üçün eyni imkan yoxdur.

Hamlet Musayevin qızı həbs edildi

Hamlet Musayevin qızı həbs edildi

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin qızı həbs edilib. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, M.Musayeva bir nəfərin yarım milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İlkin ittihamda yazılıb ki, M.Musayeva əvvəldən tanıdığı Ü.Quliyevanı iş görmək vədi ilə aldadıb.

Avtoxuliqanlıq edərək sosial şəbəkədə paylaşan şəxslər həbs ediliblər - FOTO

Avtoxuliqanlıq edərək sosial şəbəkədə paylaşan şəxslər həbs ediliblər - FOTO

Avtoxuliqanlıq edərək sosial şəbəkələrdə paylaşan şəxslər həbs ediliblər. Primeinfo.az xəbər verir ki, paytaxt ərazisində ictimai asayişi nümayişkaranə şəkildə pozaraq avtoxuliqanlıq edən şəxslər Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Profilaktik tədbirlər zamanı müəyyən edilib ki, 25 yaşlı Anar Həmidov və 23 yaşlı Rəşad Mahmudov avtomobillərini dövlət qeydiyyat nişanı olmadan təhlükəli şəkildə idarə ediblər.

Azərbaycanda narkotikə görə 13 əcnəbi HƏBS EDİLDİ

Azərbaycanda narkotikə görə 13 əcnəbi HƏBS EDİLDİ

  Son 3 ayda Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1 044 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Primeinfo.az-ın məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun hesabatında bildirilir. Qeyd edilib ki, məsuliyyətə cəlb edilənlərdən 13 nəfəri xarici ölkə vətəndaşıdır.

Qadınları Türkiyəyə aparıb fahişəliyə cəlb edənlər həbs edildi - VİDEO

Qadınları Türkiyəyə aparıb fahişəliyə cəlb edənlər həbs edildi - VİDEO

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 28 yaşlı E.Q və 27 yaşlı X.H şərti adlı şəxslər həbs ediliblər. Primeinfo.az xəbər verir ki, E.Q ölkə vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur. O, həmin qadınları işə düzəltmək adı ilə aldadaraq Türkiyə Respublikasına aparıb.

Türkiyədə "narkotik əməliyyatı": 14 məşhur SAXLANILDI

Türkiyədə "narkotik əməliyyatı": 14 məşhur SAXLANILDI

Türkiyədə İstanbul Anadolu Baş Prokurorluğunun rəhbərliyi altında məşhurlara qarşı narkotik istintaqı çərçivəsində yeni əməliyyat həyata keçirilib. Primeinfo.az bu barədə “Haber Global”a istinadən bildirir. Məlumata görə, “Narkotik və ya stimullaşdırıcı maddələrin satın alınması, qəbul edilməsi, saxlanması, istifadəsi və təmin edilməsi” cinayətlərində iştirak etdiyi ehtimal edilən şübhəlilər barəsində prosedurlar başlanıb.

Eltisini əməliyyat edərək ölümünə səbəb olan direktor HƏBS OLUNDU

Eltisini əməliyyat edərək ölümünə səbəb olan direktor HƏBS OLUNDU

Bakıda qaynının arvadını estetik əməliyyat edərək onun ölümünə səbəb olmaqda ittiham edilən “AzE Estetik Mərkəz”in direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi üzrə proses keçirilib. Primeinfo.az Oxu.Az-a istinadən məlumatına görə, hakim Aqil Musayevin sədrliyi ilə baş tutan iclasda müttəhimin barəsindəki həbs olmayan qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib. Ülviyyə İlyasova məhkəmə zalında həbs olunub.