Xəbər axtarın

Son axtarış nəticələri:

Əli Kərimlinin həbs müddəti 5 ay uzadıldı

10.06.2026 17:37

Əli Kərimlinin həbs müddəti 5 ay uzadıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti uzadılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.

AXCP-nin yaydığı məlumata görə, Əli Kərimlinin həbs müddəti daha 5 ay artırılıb.

Ə.Kərimli “Ramiz Mehdiyev işi” üzrə istintaqa cəlb edilib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP sədrinə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Paylaş: