Xəbər axtarın

Son axtarış nəticələri:

İlhamə Quliyevanın bacısı qızı həbs edildi

12.06.2026 16:00

İlhamə Quliyevanın bacısı qızı həbs edildi

Cinayət işi tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən Xalq artisti İlhamə Quliyevanın bacısı qızının ilk məhkəməsi keçirilib.

Primeinfo.az Manşet.az-a istinadən xəbər verir ki, bu dəqiqələrdə keçirilən elə ilk iclasda Nigar Həsənova həbs edilib.

Bildiririk ki, Nigar Həsənovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə açılmış cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi.

Qeyd edək ki, İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızı Nigar Həsənova tanınmış kosmetoloqdur. O bir sıra şəxslərin külli miqdarda qızıl və zinət əşyalarını mənimsəyib.

Paylaş: