Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: həbs

Mustafa Ceceli, Bengü və digər məşhurlar SAXLANILDI

Mustafa Ceceli, Bengü və digər məşhurlar SAXLANILDI

  Bu gün səhər saatlarında İstanbulda “narkotik araşdırması” çərçivəsində yeni əməliyyat həyata keçirilib. Bu barədə Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir. İstanbul Beykoz Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində tanınmış şəxslərin də daxil olduğu 9 şübhəli haqqında saxlanılma, axtarış və müsadirə qərarı verilib.

Ağsuda qadını qətlə yetirən şəxslər həbs olundu

Ağsuda qadını qətlə yetirən şəxslər həbs olundu

Martın 23-də Ağsu rayonunda yerləşən otlaq sahədə 1983-cü il təvəllüdlü Zahirə Şükürovanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Primeinfo.az-a Ağsu Rayon Prokurorluğundan məlumat verilib. Aparılan araşdırmalarla martın 22-də Ağsu rayon sakinləri 1977-ci il təvəllüdlü Əyyub Sahabov və 1977-ci il təvəllüdlü Seymur Məmmədovun qabaqcadan əlbir olan bir qrup şəxs halında Zahirə Şükürovanı qəsdən öldürdükdən sonra zərərçəkmiş şəxsin meyitini rayonunun Muradlı kəndindən yerləşən otlaq sahəyə aparmalarına əsaslı şübhələr müəyyən edilib.

Axtarışda olan 45 nəfər saxlanılıb

Axtarışda olan 45 nəfər saxlanılıb

Martın 25-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan bir cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb

Martın 9-da ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 239, o cümlədən borclu şəxs qismində axtarışda olan 196, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12 və dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqədar 34 fakt müəyyən edilib.

Beynəlxalq axtarışda olan 2 nəfər Azərbaycana gətirildi

Beynəlxalq axtarışda olan 2 nəfər Azərbaycana gətirildi

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Musayev Əbdül Ruslam oğlu və Hüseynov Rüstəm Əhməd oğlunun ekstradisiyası haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Bu barədə Primeinfo.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir: “Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Musayev Əbdül Ruslam oğlunun, Bakı şəhəri Pirallahı rayon prokurorluğunda aparılan ibtidai istintaq üzrə isə Hüseynov Rüstəm Əhməd oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrində göstərilən cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onların barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilərək beynəlxalq axtarış elan olunub.

Müşfiq Abbasov bu statuslarına görə HƏBS EDİLİB

Müşfiq Abbasov bu statuslarına görə HƏBS EDİLİB

Bakı şəhər prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasovun həbsinin detalları məlum olub. Primeinfo.az Lent.az-a istinadən xəbər verir ki, Müşfiq Abbasov məhkəmədə deyib ki, ittiham tərəfinin təqdim etdiyi sübutlarla tanış olub. Qeyd edib ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Həbsdən çıxan azərbaycanlı müğənni 4 dəfə ad-soyadını dəyişib - ŞOK FAKT

Həbsdən çıxan azərbaycanlı müğənni 4 dəfə ad-soyadını dəyişib - ŞOK FAKT

Bir müddət əvvəl həbsdən azad olunan və hazırda barəsində başqa cinayət işi üzrə məhkəmə prosesi davam edən müğənni Dəniz Əsədovanın dörd dəfə ad və soyadını dəyişdiyi məlum olub. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə müğənni ilə bağlı keçirilən cinayət işi üzrə ittiham aktında şahid və zərərçəkmişlərin ifadələrində qeyd olunub. Belə ki, ictimaiyyətin Dəniz Əsədova kimi tanıdığı şəxsin əvvəlki adı Aygün olub.

“Koti” bu dəfə həbs edildi

“Koti” bu dəfə həbs edildi

“Koti” kimi tanınan tiktoker Zeynəb Zeynallı həbs edilib. Primeinfo.az xəbər verir ki, məhkəmə prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib. “Koti” bu dəfə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən inzibati məsuliyyətə cəlb edilib.