Beynəlxalq axtarışa verilmiş şəxslər Azərbaycana gətirilib
Beynəlxalq axtarışa verilmiş daha iki şəxs Azərbaycana ekstradisiya olunub.
Beynəlxalq axtarışa verilmiş daha iki şəxs Azərbaycana ekstradisiya olunub.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Bakıda kişini intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunan Fəyyaz Səlimov, Əli Məmmədov, Nazlı Qılıcova və Dilşad Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub. Primeinfo.az Lent.az-a istinadla xəbər verir ki, məhkəmə Fəyaz Səlimovun 8 il, Əli Məmmədovun 5 il, 6 ay, Nazlı Qılıcova 5 il, 5 ay, 28 gün, Dilşad Əhmədova 5 il, 5 ay, 28 gün azadlıqdan məhrum edilməsi barədə hökm elan edib. Xatırladaq ki, ittihama görə, Bakı şəhər sakini X.Qulamov tanımadığı şəxslər tərəfindən hədələnməsi barədə Xəzər Rayon Polis İdarəsinə müraciət edib.
Sosial şəbəkədə müxtəlif şəxslərin profillərinin oxşarını yaradaraq onların dostluğunda olan vətəndaşlara banklar adından həqiqətə uyğun olmayan informasiyalar göndərən və bu yolla çoxsaylı onlayn dələduzluqlar etməkdə şübhəli bilinən şəxs həbs olunub. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-texniki tədbirlərlə qanunsuz əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş, 23 yaşlı Zaur Teymurxanov saxlanılıb.
Əməkdar jurnalist Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadə həbs olunub. Primeinfo.az xəbər verir ki, Yenilik.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, E.Nəbizadə 2 nəfər şəxslə birlikdə 13 kq narkotiklə Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və onun haqqında məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib. Bildirilir ki, E.Nəbizadənin hüquqlarını vəkil Anar Qasımlı həyata keçirir.
Xarici xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb etdiyi şəxs ifşa olunub.
Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Əliyeva Könül Zakir qızının “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Həkim Məsləhət Komissiyasının sədri vəzifəsində işlədiyi dövrdə müxtəlif qanunsuzluqlara yol verməsi barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-dən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
Məşhur reper Elşad Xose həbs olunub. Primeinfo.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Əliyev Elşad Nazim oğlu İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs edilib. Buna səbəb Elşad Xosenin Yasamal rayonu, Ş.Qurbanov küçəsində ünvansız nalayiq ifadələr işlətməsi olub.
“Ruslan Eyyubovun Xəzər dənizinin sahilindəki 15 hektarlıq nəhəng ərazisindəki adlarda simvolik işarələr var. Hesab edirəm ki, bu adlarla Azərbaycan cəmiyyətinə hansısa mesajlar ötürülüb”.
İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Rusiyanın Smolensk Vilayət Məhkəməsi Azərbaycan diasporunun rəhbəri Faiq Əliyev barəsində çıxarılmış 4 illik həbs hökmünü ləğv edib. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı “Kommersant” nəşri yayıb. Məlumata görə, dekabrın 24-də keçirilən iclasda vilayət məhkəməsi müdafiə tərəfinin şikayətini təmin edərək, işi yenidən baxılması üçün Smolensk şəhərinin Leninski Rayon Məhkəməsinə geri qaytarıb.