Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: həbs

İnternet televiziyasının rəhbərinin cəzası azaldılıb

İnternet televiziyasının rəhbərinin cəzası azaldılıb

“Kanal 11” internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimovun barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Kassasiya şikayəti qismən təmin edilib.

Azərbaycanda həbsdə olan Xaçaturyan xəstəxanaya yerləşdirilib

Azərbaycanda həbsdə olan Xaçaturyan xəstəxanaya yerləşdirilib

Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirilib. Primeinfo.az xəbər verir ki, Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1955-ci il təvəllüdlü (70 yaşlı), hazırda məhkum olan Vaqif Xaçaturyanın səhhətində 22 dekabr 2025-ci il tarixində pisləşmə müşahidə edilib, təngnəfəslik və ürək nahiyəsində ağrıları yaranıb. Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin tibb-sanitariya hissəsinin həkimi tərəfindən ilk həkim yardımı göstərilib və təcili olaraq ambulansla Ədliyyə Nazirliyinin Müalicə müəssisəsinə təxliyə edilib.

Gürcüstan DTX-nın keçmiş rəisi həbs olunub

Gürcüstan DTX-nın keçmiş rəisi həbs olunub

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluaşvili həbs olunub. Primeinfo.az bu barədə Gürcüstan mediasına istinadən xəbər verir. Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze brifinqdə bildirib ki, Liluaşvili külli miqdarda rüşvət almaqda, “çağrı mərkəzləri”nə himayədarlıqdan əldə olunan vəsaitlərin müxalifətin maliyyələşdirilməsi üçün sərf olunmasında ittiham edilir.

Kasparov barəsində həbs qərarı verildi

Kasparov barəsində həbs qərarı verildi

Rusiyada tanınmış şahmatçı Harri Kasparov barəsində “terrorizmə haqq qazandırmaq” ittihamı ilə qiyabi həbs qərarı çıxarılıb. Primeinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, müvafiq qərar Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi tərəfindən qəbul edilib.

Türkiyədə saxlanılan məşhurlar sərbəst buraxıldı

Türkiyədə saxlanılan məşhurlar sərbəst buraxıldı

Türkiyədə saxlanılan aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki sərbəst buraxılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, türkiyəli məşhurlar tibbi ekspertiza proseduru yekunlaşdıqdan sonra sərbəst buraxılıblar.

Türkiyədə tanınmış televiziya aparıcısı həbs edildi

Türkiyədə tanınmış televiziya aparıcısı həbs edildi

Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan istintaq zamanı narkoloji testdən keçirilən televiziya aparıcısı Ela Rümeysa Cebeci həbs edilib. Primeinfo.az bu barədə “Sabah” qəzetinə istinadən xəbər verir. Bildirilir ki, test nəticəsi müsbət çıxmış Cebecinin məhkəmə ifadəsi alındıqdan sonra o, “narkotik maddə istifadəsini asanlaşdırma” ittihamı ilə həbs edilib.