Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: həbs

Ramiz Mehdiyevin varislik planı: General oğlunu Patruşevlə tez-tez görüşdürürmüş - FOTO

Ramiz Mehdiyevin varislik planı: General oğlunu Patruşevlə tez-tez görüşdürürmüş - FOTO

Azərbaycanın siyasi tarixində uzun illər strateji vəzifələr icra etmiş Ramiz Mehdiyev təkcə ölkə daxilində deyil, həm də Rusiya siyasi dairələri ilə əlaqələri ilə seçilən fiqurlardan biri olub. Primeinfo.az-ın Konkret.az-a istinadən məlumatına görə, son illərdə əldə olan foto və məlumatlar göstərir ki, onun müxtəlif beynəlxalq platformalarda, xüsusən də Rusiyada keçirdiyi həm açıq, həm də qapalı görüşlərində oğlu general-mayor Teymur Mehdiyev də iştirak edib. İlk baxışda adi müşayiət kimi görünən bu detal əslində post-sovet siyasi anatomiyasında təsadüfi sayılmır.

Əli Kərimli müayinə olunub, təkadamlıq kamerada saxlanılır

Əli Kərimli müayinə olunub, təkadamlıq kamerada saxlanılır

Barəsində 2 ay 15 gün həbs-qətimkan tədbiri seçilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında tibbi müayinədən keçirilib. Primeinfo.az Gununsesi.info-ya istinadən xəbər verir ki, həkim müayinəsindən keçiriləndən sonra AXCP sədri İstintaq Təcridxanasına yerləşdirilib. Onun təkadamlıq kamerada yerləşdirildiyi məlum olub.

Məmməd İbrahim də həbs olundu

Məmməd İbrahim də həbs olundu

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barəsində qətimkan tədbiri seçilib.

Oğurladığı avtomobillə taksiçilik edən sürücü saxlanıldı

Oğurladığı avtomobillə taksiçilik edən sürücü saxlanıldı

Qaçırdığı avtomobillə taksi fəaliyyəti göstərən sürücü saxlanılıb. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 27-də paytaxt sakini olan bir nəfər polisə müraciət edərək bildirib ki, işdə olduğu vaxtda yaxın ərazidə saxladığı ona məxsus “Azsamand” markalı avtomobil qaçırılıb.

Krım körpüsünü partladan 3 erməni və digərləri ömürlük həbs olundular

Krım körpüsünü partladan 3 erməni və digərləri ömürlük həbs olundular

Cənubi Dairə Hərbi Məhkəməsi 2022-ci ildə Krım körpüsündə törədilmiş terror aktı ilə bağlı 8 müttəhimi ömürlük həbs cəzasına məhkum edib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məhkəmə müttəhimlər Artem Azatyan, Qeorqi Azatyan, Oleq Antipov, Aleksandr Bılin, Vladimir Zloba, Dmitri Tyjelıx, Roman Solomko və Artur Terçanyanı təqsirli bilib və onların ömürlük həbs cəzasına məhkum edilməsinə qərar verib.

"TikTok"da qeyri-etik paylaşımlar etdi, həbs olundu - FOTO

"TikTok"da qeyri-etik paylaşımlar etdi, həbs olundu - FOTO

“TikTok” sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik və qeyri-etik paylaşımlar edən, eləcə də narkotiklərin qəbulunu təbliğ edən videolar yayan 1992-ci il təvəllüdlü Elsevər Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Primeinfoş.az-ın məlumata görə, həmin şəxs “Eliş 020” adlı səhifəsində canlı yayım açaraq narkotik vasitənin təsiri altında qeyd edilən paylaşımları edib. E.Nəbiyev saxlanılan zamanı ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Bu ölkədə çevriliş olub, prezident həbs edildi

Bu ölkədə çevriliş olub, prezident həbs edildi

Qvineya-Bissau prezidenti Sissoko Embalo həbs edilib. Primeinfo.az xəbər verir ki, bu barədə prezidentin özü “Jeune Afrique” nəşrinə məlumat verib. Məlumata görə, çevriliş ordu və daxili işlər nazirliyi tərəfindən təşkil edilib.