Bakıda avtomobili bilərəkdən nömrəsiz idarə edən sürücü həbs edilib. Primeinfo.az xəbər verir ki, “Chevrolet Cobalt LTZ” markalı, 90-YQ-* dövlət qeydiyyat nişanlı avtomobilin nömrəsiz idarə edildiyi müəyyən olunub. Paytaxtın Binəqədi şossesində həmin avtomobili idarə edən 2000-ci il təvəllüdlü Ələkbər Rzayevin yol hərəkəti qaydalarını dəfələrlə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı, həmçinin məsuliyyətdən yayınmaq üçün dövlət nömrə nişanını çıxardığı müəyyən edilib.
Tanınmış türkiyəli jurnalist Fatih Altaylı ilə bağlı məhkəmənin qərarı açıqlanıb. Primeinfo.az “TRT Haber”e istinadən bildirir ki, o, 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Fatih Altaylı öz sosial media platformasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğonı təhdid etməkdə ittiham olunur.
Noyabrın 25-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 267, o cümlədən borclu şəxs qismində axtarışda olan 232 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Rusiya mediası – “Uralinformbyuro” – Ural azərbaycanlılarının keçmiş diaspor rəhbəri Şahin Şıxlinskinin Bakıda həbs olunan rusiyalı şəxslərdən biri ilə mübadilə variantında nəzərdən keçirildiyini iddia edib. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, agentliyin hüquq-mühafizə orqanlarındakı mənbə bu istiqamətdə müvafiq sənədlərin hazırlanması üzərində iş aparıldığını bildirib. Məlumata görə, Rusiya tərəfi Şıxlinski barəsində açılmış cinayət işində uyğunsuzluqların aşkarlandığını bildirir və bu səbəbdən onun başqa bir rusiyalı ilə dəyişdirilməsi variantı gündəmdə müzakirə olunur.
“Ramiz Mehdiyevin 86 yaşı var, sağlamlığı məndən də yaxşıdır. Milyardları üstündə, həyatının da yarıdan çoxunu vəzifələrdə olub. Hələ də deyir ki, deputatlar bizim ayaqqabımızı cütləyirdi”.
Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq sayılacaq, inzibati həbs və cərimə tətbiq olunacaq.
Braziliyanın sabiq prezidenti Jair Bolsonaru federal polis tərəfindən evində həbs edilib. Primeinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qeyd olunur ki, həbs Ali Federal Məhkəmə tərəfindən sanksiyalaşdırılıb və qabaqlayıcı xarakter daşıyır.
Üçüncü ölkənin ərazisində məskunlaşıb digər ölkənin xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirli bilinərək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi tədbirlərlə Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuş 1954-cü il təvəllüdlü Zahirəddin İbrahimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb və məhkəmənin qərarı ilə Z. İbrahimovun həbs müddəti 5 ay uzadılıb.
“Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifov yenidən həbs edilib. Primeinfo.az-ın “Qafqazinfo”-ya istinadən məlumatına görə, keçmiş bankir oğlu bu dəfə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunur. Polisin apardığı istintaqla İ.Yusifovla əlbir olan İlham Abbasov da cinayət məsuliyyətinə cəlb edilib.
Həbsdə olan müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması barədə vəsarətə baxılır. Primeinfo.az xəbər verir ki, bununla bağlı Sabunçu rayon Məhkəməsində iclas keçirilir. Qeyd edək ki, bu il avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.