Qaradağ Rayon İH-də əməliyyat: bir neçə vəzifəli səxs HƏBS OLUNDU - YENİLƏNİB
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.
Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib. Primeinfo.az-ın məlumatına görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə verilib. Qeyd edək ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev və rayonun digər vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.
Ötən gün DTX-nin əməliyyatı ilə saxlanılmış “Hürriyyət” qəzeti, eyniadlı Hurriyyət.az saytı və Hurriyyət TV-nin baş redaktoru Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə Primeinfo.az-a verilən məlumatda deyilir.
Xuliqanlıq və müvəkkilinə qarşı dələduzluq etməkdə ittiham edilən vəkil Zabil Qəhrəmanov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub. Primeinfo.az xəbər verir ki, təqdimata Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə baxılıb. Məhkəmə təqdimatı təmin edib və vəkil Zabil Qəhrəmanov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
“Sputnik Azərbaycan”ın şef redaktoru Yevgeni Belousov həbsdən azad edildikdən sonra Bakıdan Moskvaya uçub.
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 24-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bakıda milyonlar manat vergidən yayınan məşhur şirkətlərin rəhbəri həbs edilib. Primeinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1970-ci ildə Ordubad rayonunun Biləv kəndində anadan olmuş Ağakişiyev İntizam Əjdər oğlunun Cinayət Məcəlləsinin 209.3 və 213.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb. Məlum olub ki, İntizam Ağakişiyev öz adına 3, tanışlarının adına isə bir neçə şirkət təsis edərək, 2016-2020-ci llər ərzində 10.846.626,92 manat məbləğində vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqını dövlət büdcəsinə ödəməkdən yayındırıb.
Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğun bacısı Melisa Dilara Tatlıtuğ həbs olunub. Primeinfo.az bu barədə “Sabah” qəzetinə istinadən xəbər verir. Məlumata görə, Melisa Dilara Tatlıtuğ keçmiş ərinin yeni sevgilisinə qarşı zorakılıq tətbiq edib.
Oktyabrın 21-də Zərdab rayonunun Əlicanlı kəndindən daxil olmuş vətəndaş müraciəti ilə əlaqədar polis əməkdaşları həmin ünvanda olublar, müraciət üzrə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüblər. Primeinfo.az xəbər verir ki, müraciət üzrə araşdırma və izahatların alınması zamanı kənd sakini, özünü fəal “TikToker” kimi təqdim edən Laçın Əsədov tərəfindən əsassız ittihamlar və tələblər irəli sürülərək xidməti fəaliyyətə qəsdən maneə yaradılıb. O, intizama dəvət edilsə də öz fəaliyyətini davam etdirib.
Fransanın keçmiş prezidenti Nikola Sarkozi həbsxanaya salınıb. Primeinfo.az xəbər verir ki, o, həyat yoldaşı Karla Bruni ilə birlikdə evinin qarşısında toplaşan tərəfdarlarını salamlayıb, daha sonra isə onu həbsxanaya aparacaq avtomobilə əyləşib. Nikola Sarkozi Parisin 14-cü bölgəsində, Senanın sol sahilində yerləşən Sante həbsxanasında saxlanılacaq.