Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: həbs

Gümrü meri həbs edildi

Gümrü meri həbs edildi

Gümrü meri Vardan Qukasyan məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Xatırladaq ki, o, rüşvət almaq ittihamı ilə ötən gün saxlanılmışdı.

Ermənistan DİN: Qukasyanın saxlanılmasına mane olanlar cəzalandırılacaq - YENİLƏNİB

Ermənistan DİN: Qukasyanın saxlanılmasına mane olanlar cəzalandırılacaq - YENİLƏNİB

Ermənistan Daxili İşlər Nazirliyi Gümrü meri Vardan Qukasyanın saxlanılmasına mane olmağa çalışan vətəndaşların cinayət məsuliyyətinə cəlb oluna biləcəyi barədə xəbərdarlıq edib. Primeinfo.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Hüquq-mühafizə orqanları şəhər sakinlərini qanunsuz hərəkətlərdən çəkinməyə və istintaq tədbirlərinin aparılmasına mane olmamağa çağırıb.

Nizami Rəmzinin qızı həbs olunub - VİDEO

Nizami Rəmzinin qızı həbs olunub - VİDEO

Mərhum meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan Baxşıyeva həbs olunub. Primeinfo.az xəbər verir ki, bununla bağlı bloger Nail Kəmərli məlumat yayıb. O, Reyhanın videosunu yayımlayaraq, yazıb: “Heyf səndən, Reyhan.

79 əcnəbi narkotiklə bağlı HƏBS EDİLDİ

79 əcnəbi narkotiklə bağlı HƏBS EDİLDİ

Bu ilin yanvar-sentyabr ayları ərzində narkotiklə bağlı məsuliyyətə cəlb edilmiş 79 xarici ölkə vətəndaşından ümumilikdə 936 kq 421,475 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qr çətənə bitkisi götürülüb. Primeinfo.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatında deyilir. Qeyd olunub ki, hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 193 fakt aşkar edilib.

Yasamaldakı silahlı insdentlə bağlı iki nəfər TUTULDU

Yasamaldakı silahlı insdentlə bağlı iki nəfər TUTULDU

Yasamal rayonunda ötən gün baş verən silahlı insidentlə bağlı iki nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a bildirilib ki, oktyabrın 16-da Yasamal rayonu ərazisində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş iki nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı Elgün Cəbrayılov 38 yaşlı Rüfət Həziyev saxlanılıb.

Mehdiyev və çetesinin əmlakları siyahıya alınır

Mehdiyev və çetesinin əmlakları siyahıya alınır

Notarial orqanlara Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə, onun ailə üzvlərinə, ailə üzvlərinin biznes ortaqlarına məxsus daşınar və daşınmaz əmlakın alqı-satqısının dayandırılması ilə bağlı göstəriş verilib.

Müdafiə Nazirliyinin “İstirahət ev”inin rəisi həbs olundu

Müdafiə Nazirliyinin “İstirahət ev”inin rəisi həbs olundu

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin “İstirahət evi”nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bununla bağlı müvafiq istintaq hərəkətlərinin aparılması, hadisəyə hüquqi qiymət verilməsi və qanun çərçivəsində tədbirlərin görülməsi məqsədilə araşdırma materialları aidiyyəti üzrə Hərbi Prokurorluğa təqdim edilib.