Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış QHT sədri və hərbi-siyasi ekspert Telman Qasımov, teleaparıcı Kamran Həsənli və siyasi şərhçi Elçin Alıoğluna qarşı terror aktı planlaşdırılması iddiası üzrə məhkəmə iclası işə başlayıb.
Xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan 4 nəfər həbs edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədələməkdə ittiham olunan jurnalist Fatih Altaylının ilk məhkəmə iclası keçirilib. Primeinfo.az-ın məlumatına görə, 104 gündür həbsdə olan jurnalistin bu gün məhkəməsi keçirilib və həbs-qətimkan tədbirinin davam etdirilməsinə qərar verilib. Növbəti prosesi noyabrın 26-na təxirə salıb.
Xankəndi şəhərinə iş axtarmağa gedən şəxs həbs edilib. Primeinfo.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Laçın rayon sakini, 2002-ci il təvəllüdlü Azər Quliyev iş axtarmaq üçün xalası oğlu ilə birlikdə Xankəndiyə gedib. Onlar bir neçə gün şəhər ərazisində iş axtarsalar da, onlara uyğun iş olmayıb.
Sentyabrın 23-ü Astara rayonunda toy karvanının qarşısını kəsərək magistral yolda sıxlığa səbəb olan və ictimai asayişi pozan bir qrup şəxs məsuliyyətə cəlb edilib. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Təngərüd kəndindən Balaca Şahağacı kəndinə gəlin gətirilərkən bəyin bir neçə dostu yolda avtomobilin qarşısını kəsib. Belə ki, onlar yolun hərəkət istiqamətində dayanaraq gəlin maşınının qarşısını kəsib musiqiyə yüksək səs veriblər, eləcə də arxadan gələn digər avtomobillərin də yolun hərəkət istiqamətində dayanmasına şərait yaradıblar.
Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə Saray, Mehdiabad və Qobu Polis Bölmələrinin əməkdaşları hüquqpozmalara qarşı növbəti əməliyyat və profilaktik tədbirlər keçirib. Primeinfo.az xəbər verir ki, tədbilər zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 9 fakt aşkarlanıb. Mülkiyyət əleyhinə və digər səbəblərdən axtarışda olan 14 nəfər saxlanılıb, “isti izlərlə” 29 cinayətin üstü açılıb.
Paris məhkəməsi Fransanın sabiq prezidenti Sarkozini 5 il müddətinə azadlıqdan məhrum edib. Primeinfo.az xəbər verir ki, o, “Liviya işi” üzrə təqsirli bilinib. Xatırladaq ki, Paris məhkəməsi Nikola Sarkozini 2007-ci il seçkilərində qələbəsini təmin etmək üçün Liviya lideri Müəmmar Qəddafi rejimindən qanunsuz təşviqat maliyyəsi almaq ittihamı ilə mühakimə olunduğu işdə təqsirli bilib.
“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə edilən müraciətə baxılıb. Primeinfo.az xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Məhkəmə müraciəti təmin etməyib.
Adnan Əhmədzadənin ittiham olunduğu cinayətlərin xarakteri və əhatə dairəsi bu prosesin çox ciddi olduğunu və həbslərin çoxsaylı şəxsləri əhatə edəcəyini göstərir. Primeinfo.az xəbər verir ki, Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, Adnan Əhmədzadə işinə vaxtilə onun əsas kuratoru olmuş Anar Əlizadə də cəlb ediləcək. Artıq Anar Əlizadənin Azərbaycana çağırıldığı da deyilir.
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Primeinfo.az xəbər verir ki, bu gün onun barəsində həbs-qəttimkan tədbirinin uzadılması barədə vəsatətə baxılıb. Verx-İsetski Rayon Məhkəməsi Şahin Mütvalı oğlu Şıxlinskinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaqın vəsatətini təmin edib.