Xəbər axtarın

Son axtarış nəticələri:

Naxçıvanda dələduzluqda ittiham olunan idmançı HƏBS EDİLİB

25.09.2026 16:26

Naxçıvanda dələduzluqda ittiham olunan idmançı HƏBS EDİLİB

Naxçıvanlı dələduzluqla bağlı saxlanılan idmançı Əmrah Nağıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Primeinfo.az-ın xəbərinə görə, Naxçıvan Şəhər Məhkəməsində hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, naxçıvanlı atlet Əmrah Nağıyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Əmrah Nağıyev vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda ittiham olunur.

Polis əməkdaşları tərəfindən keçirilən nəticəsində o, saxlanılıb.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.

Paylaş: