
Dünya şöhrətli müğənni Keti Perri Bakıda konsert proqramı ilə çıxış edib.
Primeinfo.az xəbər verir ki, sənətçi “Formula 1” üzrə Azərbaycan Qran-prisinin əyləncə proqramı çərçivəsində “Baku Crystal Hall” səhnəsində pərəstişkarları qarşısında çıxış edib.
Keti Perri konsert zamanı səhnəyə Azərbaycan bayrağı ilə çıxıb. Müğənninin bu addımı tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Sənətçinin Bakı səhnəsində Azərbaycan bayrağı ilə görüntüləri sosial şəbəkələrdə də maraqla qarşılanıb.