Formula 2 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb. Primeinfo.az xəbər verir ki, “Invicta”nın pilotu Rafael Kamara birinci, “Campos”dan Nikola Tsolov ikinci, “Rodin”in sürücüsü Aleks Dann üçüncü pilləyə qalxıb. Ötən gün Formula 2 Azərbaycan Qran-Prisində sprint yarışında “Dams Lukas Oil” komandasının pilotu Dino Beqanoviç, əsas yarışda isə “Rodin”in təmsilçisi Aleks Dann finiş xəttini hamıdan öndə keçib.
Formula 2 Azərbaycan Qran-Prisinin ikinci yarışının qalibi bəlli olub.
Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarış başlayıb. Primeinfo.az xəbər verir ki,mübarizəyə saat 11:00-da start verilib. Ötən gün “Formula 2″də “Dams Lukas Oil” komandasından Dino Beqanoviç sprint, “Rodin Motorsport”dan Aleks Dann birinci əsas yarışın qalibi olub.
Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatıb. Primeinfo.az xəbər verir ki, “Rodin”in pilotu Martinius Stenşorne birinci, onun komanda yoldaşı Aleks Dann ikinci, “İnvicta”nın sürücüsü Rafael Kamara üçüncü olub. Birinci sıralama turunda ən yaxşı nəticəni A.Dann göstərib.