Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiyanın iki neft zavodu bir gecədə vuruldu - Moskvaya hücum davam edir

26.09.2026 10:45

Rusiyanın iki neft zavodu bir gecədə vuruldu - Moskvaya hücum davam edir

Ukrayna Rusiya ərazisinə yeni dron hücumu təşkil edib.

Primeinfo.az xəbər verir ki, əsas hədəf Krasnodar diyarı olub. Region rəhbəri Veniamin Kondratyevin açıqlamasına görə, Krasnodar diyarının Severski rayonunda baş verən pilotsuz təyyarə hücumu nəticəsində iki müəssisədə yanğınlar baş verib, ölən və yaralananlar olub: “Severski rayonuna dron hücumu edilib. Təəssüf ki, ölüm halları var. Bundan əlavə, rayondakı iki müəssisədə yanğınlar qeydə alınıb”.

Qubernator əlavə edib ki, bir nəfərin vəziyyəti ağırdır və xəstəxanaya yerləşdirilib.

Ukrayna mənbələri hücum hədəflərinin İlsk və Afipsk neft emalı zavodları olduğunu bildirib.
Sosial şəbəkələrdə də bu müəssisələrdə yanğını əks etdirən görüntülər paylaşılıb.

Bundan əlavə, Moskva meri Sergey Sobyanin səhər saatlarında paytaxt səmasında 17 dronun vurulduğunu elan edib.

Paylaş: