
Ukraynanın Moskvaya dron hücumu davam edir.
Primeinfo.az xəbər verir ki, Moskva meri Sergey Sobyanin bir saat ərzində 35 dronun vurulduğunu bildirib.
Onun sözlərinə görə, təcili yardım xidmətləri dağıntıların düşdüyü yerdə çalışır.
Qeyd edək ki, bir gün əvvəl Ukrayna Silahlı Qüvvələri Moskvaya və Moskva vilayətinə təxminən 200 dronla hücum edib. Bu, son iki ildə Rusiya paytaxtına edilən ən böyük dron hücum olub.