
Azərbaycan və “Global Infrastructure Partners” (GIP) arasında əməkdaşlığın inkişaf perspektivləri, investisiya imkanları və regional layihələrdə, o cümlədən Orta Dəhlizin inkişafında iştirak məsələləri müzakirə edilib.
Primeinfo.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” hesabında paylaşımda qeyd edib.
“İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Global Infrastructure Partners” (GIP) şirkətinin təsisçi tərəfdaşı, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüş keçirdik”, – paylaşımda bildirilib.
Azərbaycanın nəqliyyat-logistika və rəqəmsal infrastruktur sahəsində artan imkanlarını nəzərə alınaraq, logistika, rəqəmsal infrastruktur və data mərkəzləri istiqamətində potensial investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Global Infrastructure Partners” (GIP) şirkətinin təsisçi tərəfdaşı, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüş keçirdik.
Görüşdə Azərbaycan və “GIP” arasında əməkdaşlığın inkişaf perspektivlərini, investisiya imkanlarını və regional layihələrdə, o cümlədən Orta Dəhlizin inkişafında iştirak məsələlərini müzakirə etdik. Azərbaycanın nəqliyyat-logistika və rəqəmsal infrastruktur sahəsində artan imkanlarını nəzərə alaraq, logistika, rəqəmsal infrastruktur və data mərkəzləri istiqamətində potensial investisiya imkanları barədə fikir mübadiləsi apardıq.
— Rashad Nabiyev (@RashadNNabiyev) September 26, 2026