Azərbaycan və “Global Infrastructure Partners” (GIP) arasında əməkdaşlığın inkişaf perspektivləri, investisiya imkanları və regional layihələrdə, o cümlədən Orta Dəhlizin inkişafında iştirak məsələləri müzakirə edilib. Primeinfo.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” hesabında paylaşımda qeyd edib. “İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Global Infrastructure Partners” (GIP) şirkətinin təsisçi tərəfdaşı, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüş keçirdik”, – paylaşımda bildirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb. Primeinfo.az xəbər verir ki, SOCAR və “ExxonMobil” şirkəti arasında imzalanmış “Azərbaycan Respublikasının Orta Kür hövzəsi üzrə qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi”nə əsasən, müqavilə sahəsində iştirak payları müvafiq törəmə şirkətlər vasitəsilə 50 faiz SOCAR, 50 faiz “ExxonMobil” olmaqla bölüşdürüləcək. Layihənin operatoru “ExxonMobil” şirkəti olacaq.
Azərbaycan beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda uzunmüddətli kapital, qabaqcıl texnologiyalar, idarəetmə təcrübəsi və qlobal bazarlara çıxış imkanlarının cəlb edilməsinə önəm verir. Primeinfo.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov “X” hesabında paylaşım edib. Nazir qeyd edib ki, həmkarlarla birlikdə İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Dövlət Neft Fondu (SOCAR) və “BlackRock” şirkəti tərəfindən təşkil olunan “Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu: Süni intellekt və rəqəmsal infrastruktur” mövzusunda xüsusi sessiyada iştirak edib.