Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İtaliya Futbol Federasiyası arasında Strateji Əməkdaşlığa dair Müqavilə imzalanıb.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Fransanın “TotalEnergies” şirkəti karbon emissiyalarının azaldılması və enerji keçidi istiqamətində birgə fəaliyyəti müzakiə edib. Primeinfo.az xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf “X” hesabındakı paylaşımında bildirib. O qeyd edib ki, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günündə “TotalEnergies” şirkətinin Kəşfiyyat və hasilat üzrə prezidenti Nikola Terraz, baş vitse-prezidenti Martina Opitsi və ölkə üzrə direktoru Emmanuel de Giybon ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb. Primeinfo.az xəbər verir ki, SOCAR və “ExxonMobil” şirkəti arasında imzalanmış “Azərbaycan Respublikasının Orta Kür hövzəsi üzrə qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi”nə əsasən, müqavilə sahəsində iştirak payları müvafiq törəmə şirkətlər vasitəsilə 50 faiz SOCAR, 50 faiz “ExxonMobil” olmaqla bölüşdürüləcək. Layihənin operatoru “ExxonMobil” şirkəti olacaq.
SOCAR prezidenti Rövşən Nəcəf özünə yeni müşavir təyin edib. Primeinfo.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, bununla bağlı Rövşən Nəcəf müvafiq əmr imzalayıb. Əmrə əsasən, Səriyyə Bünyatova SOCAR prezidentinin müşaviri təyin olunub.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur.
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,37 ABŞ dolları və ya 5,84 % azalaraq 102,73 ABŞ dolları təşkil edib. Primeinfo.az xəbər verir ki, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 98,33 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,43 ABŞ dolları və ya 6,11 % azalaraq 98,75 ABŞ dolları təşkil edib.
SOCAR-ın Rumıniyadakı törəmə şirkəti “SOCAR Petroleum SA” ölkədəki fəaliyyətini genişləndirərək Kalaraşi rayonunun Fundulea şəhərində və Konstansa rayonunun Manqaliya şəhərində iki yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Primeinfo.az xəbər verir ki, bununla da şirkətin Rumıniyadakı yanacaqdoldurma şəbəkəsinin sayı 94-ə çatıb. Fundulea şəhərində istifadəyə verilən yeni yanacaqdoldurma məntəqəsi SOCAR-ın Kalaraşi rayonunda ilk yanacaqdoldurma stansiyasıdır.
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,01 ABŞ dolları və ya 3,89 % azalaraq 74,36 ABŞ dolları təşkil edib. Bu barədə Primeinfo.az-a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 70,56 ABŞ dolları təşkil edib.
Aparılmış nəzarətli diaqnostik yoxlama nəticəsində çirklənmə mənbəyinin “Azneft” İB-yə məxsus sualtı neft kəmərlərindən biri olduğu müəyyən edilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni mətbuat katibi təyin edilib. Primeinfo.az SOCAR-a istinadən xəbər verir ki, bu vəzifəyə Emin Sevdimalıyev təyinat alıb. O, uzun illər müxtəlif media qurumlarında, o cümlədən “Trend”də fəaliyyət göstərib.