Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb. Primeinfo.az xəbər verir ki, SOCAR və “ExxonMobil” şirkəti arasında imzalanmış “Azərbaycan Respublikasının Orta Kür hövzəsi üzrə qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi”nə əsasən, müqavilə sahəsində iştirak payları müvafiq törəmə şirkətlər vasitəsilə 50 faiz SOCAR, 50 faiz “ExxonMobil” olmaqla bölüşdürüləcək. Layihənin operatoru “ExxonMobil” şirkəti olacaq.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev bu gün iki mühüm müqavilənin imzalanacağını açıqlayıb.
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin başçılarının danışıqlarının yekununda 30-dan çox sənəd imzalanıb. Primeinfo.az xəbər verir ki, imzalanan sənədlər sırasında Bişkek Bəyannaməsi, əvvəllər qəbul edilmiş qərarlara dəyişiklik və əlavələrin edilməsi ilə bağlı sənədlər, həmçinin ümumi təhlükəsizlik məsələlərinə dair bəyanatlar yer alır. Hazırkı sammit Qırğızıstanın 2025-2026-cı illərdə ŞƏT-ə sədrliyi çərçivəsində keçirilir və təşkilatın 25 illiyinə həsr olunub.
“Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər, o cümlədən ikitərəfli geniş sənədlər paketi imzalanıb”.
Tehran və Vaşinqton arasında gərginliyi müvəqqəti də olsa azaldan sülh razılaşması tamamilə sıradan çıxıb.
Rusiya prezidenti Vladimir Putin miqrasiya sahəsində dövlət rüsumlarının artırılmasını nəzərdə tutan yeni qanunu imzalayıb.
Dövlət Neft Şirkəti (SOCAR), “SOCAR Midstream Operations” MMC (SMO) və Gürcüstan Neft və Qaz Korporasiyası (GOGC) arasında Qərb Marşrutu İxrac Boru Kəmərinin Gürcüstan hissəsinin istismar şərtlərini müəyyən edən sənəd imzalanıb. Primeinfo.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, tərəflər arasında Qərb Marşrutu İxrac Boru Kəmərinin Gürcüstan hissəsi, o cümlədən Supsa Neft Terminalı və əlaqəli infrastrukturun istismar şərtlərini tənzimləyən Əməliyyat Sazişi üzrə Əsas Şərtlər razılaşdırılıb.