Xəbər axtarın

Son axtarış nəticələri:

Dünən vəzifədən azad olundu - Bu gün Naxçıvana təhsil naziri TƏYİN EDİLDİ

25.09.2026 15:48

Dünən vəzifədən azad olundu - Bu gün Naxçıvana təhsil naziri TƏYİN EDİLDİ
Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin edilib.

Primeinfo.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında sentyabrın 25-də qərar qəbul edilib.

Qərara əsasən, Elxan Tarqulu oğlu Nəcəfov Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib, bu posta Ovni Mehbalı oğlu Muradov təyin olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı Sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.

 

Paylaş: