Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: sürüşmə

Səbail RİH: Badamdarda sakinlərə ərazini tərk etmək tövsiyə olunub

Səbail RİH: Badamdarda sakinlərə ərazini tərk etmək tövsiyə olunub

Son günlər yağan intensiv yağışlar nəticəsində Badamdar–20-ci sahədə sürüşmə prosesi yenidən aktivləşib, ərazidə ciddi deformasiyalar və dağıntılar yaranıb. Primeinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib. Qeyd edilib ki, prosesin daha geniş sahəni əhatə etməsi ehtimalı ərazidəki yaşayış evləri, digər tikililər və sakinlərin təhlükəsizliyi üçün risk yaradır.

AAYDA: Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır

AAYDA: Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən intensiv yağıntılar nəticəsində sürüşmənin baş verdiyi Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb. Bu barədə Primeinfo.az-a  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. Məlumata əsasən, yolun təhlükəsiz və dayanıqlı vəziyyətə gətirilməsi məqsədilə əraziyə kifayət qədər canlı qüvvə, xüsusi texnika və mexanizmlər cəlb olunub.

Şamaxı–Qonaqkənd yolunda sürüşmə oldu, asfalt çökdü

Şamaxı–Qonaqkənd yolunda sürüşmə oldu, asfalt çökdü

Şamaxı–Qonaqkənd avtomobil yolunda torpaq sürüşməsi aktivləşib. Primeinfo.az xəbər verir ki, avtomobil yolunda yenidən torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində yolun bir neçə nöqtəsində asfalt örtüyündə ciddi çökmələr və iri çatlar əmələ gəlib.

Şabranda sürüşmə təhlükəsi - XƏBƏRDARLIQ EDİLDİ

Şabranda sürüşmə təhlükəsi - XƏBƏRDARLIQ EDİLDİ

Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Starə Tariхazər Şabran rayonunun Əmirxanlı qəsəbəsi yaxınlığında, Dəvəçiçay çayının sahilində inkişaf etmiş sürüşmələr üzrə monitorinq aparıb. Primeinfo.az-ın məlumatına görə, İnstitutdan bildirilib ki, sürüşmələr bir neçə yaşayış tikilisini dağıdıb, bir sıra evlər isə uçma təhlükəsi ilə üzləşib. Aparılmış monitorinq nəticəsində müəyyən edilib ki, vadinin quruluş xüsusiyyətləri, sürüşmələrin yayılma spesifikliyi və inkişaf şəraiti bu proseslərin Dəvəçiçay çayının aşağı axınında hələ də davam etdiyini göstərir.

Bakıdakı "Alov Qüllələri" ətrafında hidrogeoloji tədqiqat aparılacaq

Bakıdakı "Alov Qüllələri" ətrafında hidrogeoloji tədqiqat aparılacaq

Bakıdakı “Alov Qüllələri” kompleksinin ətraf ərazisində hidrogeoloji və sürüşmə ilə bağlı tədqiqat aparılacaq. Primeinfo.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti hazırlıqlara başlayıb. Məlumata görə, bununla bağlı Yaponiyanın “Shinyei Kaisha” şirkətindən 61,8 min manatlıq avadanlıqlar alınacaq.

Bu ölkədə torpaq sürüşməsi nəticəsində 6 nəfər öldü

Bu ölkədə torpaq sürüşməsi nəticəsində 6 nəfər öldü

İndoneziyanın Mərkəzi Yava əyalətində baş verən sürüşmə nəticəsində altı nəfər ölüb, daha 17-i itkin düşüb. Primeinfo.az-ın “Antara” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Dağıntılar ən çox Çilakap əyalətində qeydə alınıb.

Əhmədlidə sürüşmə bu səbəbdən baş verib - VİDEO - YENİLƏNİB

Əhmədlidə sürüşmə bu səbəbdən baş verib - VİDEO - YENİLƏNİB

Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hazırda hadisə yerindədir. Bu barədə Primeinfo.az-a Geoloji Kəşfiyyat Agentliyindən məlumat verilib. Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib ki, ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək.