
NATO-nun Latviyanın Adaji bölgəsində keçirilən döyüş atışlı təlimləri zamanı İtaliya hərbçiləri ilə bağlı insident baş verib.
Primeinfo.az xəbər verir ki, təlim zamanı “Dost atəşi” nəticəsində dörd italyan əsgəri yaralanıb. İtaliya mətbuatının yazdığına görə, atışlı təlimlər zamanı dörd italyan əsgərini daşıyan zirehli maşın başqa bir hərbi maşına quraşdırılmış pulemyotla vurulub: “Dardo zirehli maşını arxa qapısı açıq şəkildə irəliləyən başqa bir oxşar maşına təsadüfən pulemyot atəşi açıb. Atəş zamanı əsgərlərin maşından düşmək üzrə olduğu güman edilir”.
Hadisədən sonra biri daha ağır vəziyyətdə olan dörd əsgərə dərhal ilkin tibbi yardım göstərilib və o, Riqa xəstəxanasına aparılıb, hazırda orada lazımi müalicə alır və lazımi müayinələrdən keçirlər.
Hazırda əsgərlərin həyatına təhlükə yoxdur. Onların hamısı artıq ailələri ilə əlaqə saxlayıb, vəziyyəti ən ağır hesab edilən dördüncü əsgər isə stabil vəziyyətdədir.
Hadisənin səbəbləri ilə bağlı araşdırma davam edir.