Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: İmza

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR müxtəlif şirkətlərlə sənədlər imzalayıb

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR müxtəlif şirkətlərlə sənədlər imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb. Primeinfo.az xəbər verir ki, SOCAR və “ExxonMobil” şirkəti arasında imzalanmış “Azərbaycan Respublikasının Orta Kür hövzəsi üzrə qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi”nə əsasən, müqavilə sahəsində iştirak payları müvafiq törəmə şirkətlər vasitəsilə 50 faiz SOCAR, 50 faiz “ExxonMobil” olmaqla bölüşdürüləcək. Layihənin operatoru “ExxonMobil” şirkəti olacaq.

AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb

AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – “AIIF 2026”) başa çatıb. Primeinfo.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, qurum və “The European House – Ambrosetti & TEHA Group”un strateji tərəfdaşlığı ilə keçirilən Forum müxtəlif ölkələri təmsil edən dövlət rəsmilərini, qlobal investorları, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin nümayəndələrini və biznes liderlərini bir araya gətirib. “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunmuş Forumda qlobal iqtisadi gündəm, investisiya perspektivləri və regional əməkdaşlığın yeni imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək

Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə imzalanan Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin ilk toplantısı sabah İstanbulda keçiriləcək. Primeinfo.az xəbər verir ki,toplantıda Türkiyəni xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri general Selçuk Bayraktaroğlu, Pakistanı Baş nazirin müavini və xarici işlər naziri İshaq Dar, federal müdafiə naziri Xavaca Məhəmməd Asif, Müdafiə Qüvvələri və Quru Qoşunları komandanı marşal Seyid Asim Münir; Səudiyyə Ərəbistanını isə xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud, müdafiə naziri şahzadə Xalid bin Salman bin Əbdüləziz Al Səud və Baş Qərargah rəisi general Fəyyad bin Hamed Ər-Ruveyli təmsil edəcəklər. Görüşdə regional və beynəlxalq təhlükəsizlik, müdafiə sənayesi əməkdaşlığı, birgə istehsal və elmi tədqiqat, hərbi qüvvələrin qarşılıqlı fəaliyyət imkanlarının artırılması və terrorla mübarizə məsələləri müzakirə olunacaq.