Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: II Beynəlxalq Azərbaycan İnvestisiya Forumu

SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Fransanın “TotalEnergies” şirkəti karbon emissiyalarının azaldılması və enerji keçidi istiqamətində birgə fəaliyyəti müzakiə edib. Primeinfo.az xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf “X” hesabındakı paylaşımında bildirib. O qeyd edib ki, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günündə “TotalEnergies” şirkətinin Kəşfiyyat və hasilat üzrə prezidenti Nikola Terraz, baş vitse-prezidenti Martina Opitsi və ölkə üzrə direktoru Emmanuel de Giybon ilə görüşüb.

AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb

AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – “AIIF 2026”) başa çatıb. Primeinfo.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, qurum və “The European House – Ambrosetti & TEHA Group”un strateji tərəfdaşlığı ilə keçirilən Forum müxtəlif ölkələri təmsil edən dövlət rəsmilərini, qlobal investorları, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin nümayəndələrini və biznes liderlərini bir araya gətirib. “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunmuş Forumda qlobal iqtisadi gündəm, investisiya perspektivləri və regional əməkdaşlığın yeni imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

AIIF 2026 çərçivəsində qala gecəsi təşkil edilib - FOTO

AIIF 2026 çərçivəsində qala gecəsi təşkil edilib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində qala gecəsi təşkil edilib. Bu barədə Primeinfo.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, qala gecədə müxtəlif ölkələri təmsil edən dövlət rəsmiləri, qlobal investorlar, beynəlxalq maliyyə instutlarının, beyin mərkəzlərinin nümayəndələri və biznes liderləri iştirak edib.

AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır

AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır

Prezident İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarını dünyanın aparıcı investorlarına təqdim edən mühüm beynəlxalq platformadır. Primeinfo.az xəbər verir ki, Forumun önəmi burada müzakirə olunan qlobal əhəmiyyətli iqtisadi mövzularla yanaşı, Azərbaycana gələn investorların miqyası və səviyyəsi ilə də ölçülür. Bu il Bakıda qlobal maliyyə və investisiya bazarının aparıcı şirkətlərinin, investisiya və suveren fondların, beynəlxalq maliyyə institutlarının rəhbərləri bir araya gəliblər.