Bakı şəhərində keçirilən Formula 1 Azərbaycan Qran-Prisi zamanı Bakı Şəhər Halqası və ətrafında baş verə biləcək fövqəladə hallar, o cümlədən mümkün yanğınların qarşısının alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması, xilasetmə tədbirlərinin təşkili üçün Fövqəladə Hallar Nazirliyi (FHN) 22 nöqtədə 37 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə fasiləsiz xidmətdədir.
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb. Primeinfo.az xəbər verir ki, “Invicta”nın pilotu Rafael Kamara birinci, “Campos”dan Nikola Tsolov ikinci, “Rodin”in sürücüsü Aleks Dann üçüncü pilləyə qalxıb. Ötən gün Formula 2 Azərbaycan Qran-Prisində sprint yarışında “Dams Lukas Oil” komandasının pilotu Dino Beqanoviç, əsas yarışda isə “Rodin”in təmsilçisi Aleks Dann finiş xəttini hamıdan öndə keçib.
Formula 2 Azərbaycan Qran-Prisinin ikinci yarışının qalibi bəlli olub.
Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarış başlayıb. Primeinfo.az xəbər verir ki,mübarizəyə saat 11:00-da start verilib. Ötən gün “Formula 2″də “Dams Lukas Oil” komandasından Dino Beqanoviç sprint, “Rodin Motorsport”dan Aleks Dann birinci əsas yarışın qalibi olub.