
Azərbaycan məktəblərində hicab qadağası məsələsi yenidən gündəmə gəlib. Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə bununla bağlı qızğın müzakirələr gedir.
Primeinfo.az xəbər verir ki, bu mövzu Prime TV-nin “Milli fikir” platformasında da müzakirə edilib.
Jurnalist Aygün Muradxanlı bildirib ki, məktəblərdə hicab qadağasına etiraz edənlər əsasən İrana bağlı olan şəxslərdir: “Digər etiraz edənlər sələfi kəsimdir ki, onların da bəlli mərkəzlərə bağlı olması heç bir şübhə doğurmur.
Bu məsələni sosial şəbəkələrdə qızışdıran adamlar heç öz övladlarının, özəlliklə də qız uşaqlarının təhsilində maraqlı deyillər. Onlar uşaqlarını məktəbə də göndərmirlər. Bakının bağ massivlərində onların özlərinin məktəbləri var. Hamı bilir, nədənsə hökumət bilmir”.
Maraqlı müzakirənin davamı “Milli fikir”də: