Xəbər axtarın

Son axtarış nəticələri:

Yaxın Şərqdə müharibə riski: XİN müavini Vaşinqtonla kritik sənədi ləğv etdi

18.07.2026 19:45

Yaxın Şərqdə müharibə riski: XİN müavini Vaşinqtonla kritik sənədi ləğv etdi

Tehran və Vaşinqton arasında gərginliyi müvəqqəti də olsa azaldan sülh razılaşması tamamilə sıradan çıxıb.

Primeinfo.az xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi ölkəsinin ABŞ ilə münaqişəyə son qoyulmasına dair imzalanmış memorandumu rəsmən ləğv etdiyini və öhdəliklərin icrasını dayandırdığını bəyan edib.

Nazir müavini açıqlamasında hazırda yalnız ölkənin müdafiəsi məsələləri ilə məşğul olduqlarını və qarşı tərəfə heç bir güzəştə getməyəcəklərini vurğulayıb.

Xatırladaq ki, iki ölkə arasında kəskin qarşıdurmanı dayandırmaq məqsədilə sözügedən kritik memorandum cəmi bir ay əvvəl, iyunun 18-də imzalanmışdı. İranın bu qəti addımı regionda hərbi müstəvidə qarşıdurma riskini ən yüksək həddə çatdırıb.

Paylaş: