Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: socar

Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlanılıb

Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlanılıb

SOCAR Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP vasitəsilə nəql edilən əhəmiyyətli həcmdə qazın Cənubi və Mərkəzi Avropa bazarlarına satışını həyata keçirərək, Azərbaycanın qaz ixracında növbəti mühüm mərhələyə başlayıb. Belə ki, 2026-cı ilin yanvar ayından etibarən Azərbaycan qazı digər ölkələrlə yanaşı, Avstriya və Almaniyadan olan alıcılara təchiz edilir. SOCAR-dan Primeinfo.az-a verilən məlumata görə, İtaliya üzərindən Avstriya və Almaniyaya həyata keçirilən qaz təchizatı Azərbaycan qazının Avropadakı coğrafi əhatəsini daha da genişləndirir.

Adnan Əhmədzadənin həbs müddəti uzadılıb

Adnan Əhmədzadənin həbs müddəti uzadılıb

SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Primeinfo.az xəbər verir ki, bununla bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib. Qərara əsasən, Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bakı 2025 Xəzər Texniki Konfransına ev sahibliyi edəcək

Bakı 2025 Xəzər Texniki Konfransına ev sahibliyi edəcək

25-27 noyabr tarixlərində Bakıda SPE (Society of Petroleum Engineers) tərəfindən təşkil edilən 2025 Xəzər Texniki Konfransı keçiriləcək. Primeinfo.az xəbər verir ki, builki konfrans ev sahibi SOCAR-ın dəstəyi ilə keçirilir və “Keçmişdən öyrənirik, bu günü yeniləyirik, gələcəyi ilhamlandırırıq” mövzusu altında birləşdirilib. İştirakçıları rəqəmsallaşma, süni intellektin tətbiqi, yataqların səmərəliliyinin artırılması, eləcə də təhlükəsizlik və dayanıqlı təchizat məsələləri üzrə müzakirələr gözləyir – bunlar regional energetikanın inkişafını müəyyən edən əsas istiqamətlərdir.

Sabah bu ərazidə qaz olmayacaq

Sabah bu ərazidə qaz olmayacaq

Sabah Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. Primeinfo.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Məlumata görə, Xətai rayonu, H.Salmani küçəsində yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlərinin görülməsi məqsədilə noyabrın 14-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

SOCAR və “Qazprom” enerji əməkdaşlığını genişləndirir 

SOCAR və “Qazprom” enerji əməkdaşlığını genişləndirir 

 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller arasında işgüzar görüş keçirilib.  Primeinfo.az “Qazprom”un rəsmi məlumatına istinadən xəbər verir.  Məlumata görə, görüş zamanı tərəflər mümkün əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. 

Bakının bu ərazisində qaz olmayacaq - XƏBƏRDARLIQ

Bakının bu ərazisində qaz olmayacaq - XƏBƏRDARLIQ

Bazar ertəsi Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Suraxanı rayonunda orta təzyiqli qaz xəttindən ayrılan, istismarda olmayan borunun ləğv olunması və aşkar olunmuş sızmanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 27-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı

Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı

SOCAR İnvestisiya departamentinin sabiq rəhbər müavini, həbsdə olan iş adamı Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”da tutduğu vəzifədən çıxarılıb. Primeinfo.az xəbər verir ki, Şaiq Mirzəyevin həmin qurumda Hüquq, kadrlar və sənədlərlə iş departamentinin müdiri vəzifəsini tutması haqda məlumatı hüquqşünas Əkrəm Həsənov sosial şəbəkədə ictimailəşdirib. O bunu qanunsuzluq kimi qiymətləndirərək, Baş prokurora, DİN-ə, DTX-ya və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə müraciət edib.