Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: şəhid

ABŞ ordusunda xidmət edən azərbaycanlı intihar edib

ABŞ ordusunda xidmət edən azərbaycanlı intihar edib

ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc İslamlı Turan Fehruz oğlu həyatına son qoyub. Primeinfo.az Gününsəsi.info-ya aistinadən xəbər verir ki, Turan İslamlı Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. Onun atası əslən Laçın rayonundandır.

Şəhid ailələrinə və əlilliyi olan şəxslərə daha 36 mənzil verildi - FOTO

Şəhid ailələrinə və əlilliyi olan şəxslərə daha 36 mənzil verildi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Sentyabr – Dövlət Suverenliyi Günü ərəfəsində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib. Primeinfo.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində yerləşən mənzillərin sənədlərinin təqdim edilməsi tədbiri 4 saylı DOST Mərkəzində keçirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlət tərəfindən genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduqlarını vurğulayıb.

Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib

Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Primeinfo.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq.

Şəhid hərbi qulluqçular “Vətənə xidmətə görə” ordeni ilə TƏLTİF EDİLDİLƏR

Şəhid hərbi qulluqçular “Vətənə xidmətə görə” ordeni ilə TƏLTİF EDİLDİLƏR

Dövlət Sərhəd Xidmətinin (DSX) şəhid hərbi qulluqçuları və mülki işçisi “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçisi ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər: Nəzirov Emil Nəzir oğlu – polkovnik Baxışlı Baxış Elşən oğlu – mayor Əhmədov Elbrus Səmrəddin oğlu – mayor Əliyev Emil Elman oğlu – mayor Mayılov Emil Şahid oğlu – mayor Məmmədov Murad Yaşar oğlu – mayor Bayramlı Cavid Əhliman oğlu – kapitan Əhmədxanov Ceyhun Xanlar oğlu – tibb xidməti kapitanı Qaraisayev Teymur Ənvər oğlu – kapitan Meydanov Elməddin Bahəddin oğlu – kapitan Muxtarov Sərxan İlqar oğlu – kapitan Eyvazov Samir Elmar oğlu – baş leytenant Nağıyev Fərid Təyyar oğlu – baş leytenant Süleymanov Abdulla Telman oğlu – leytenant Alimov Fərid Elçin oğlu – gizir Abasov Davud Yalçın oğlu – kiçik gizir Bağırlı Mirsədi Mircəfər oğlu – kiçik gizir Hüseynov İmamalı Cəlil oğlu – kiçik gizir İbrahimov Elnur Dönməz oğlu – kiçik gizir İbrahimov Sultan Mikayıl oğlu – kiçik gizir Qasımov Xalid Rafik oğlu – kiçik gizir Quliyev Fərid Ayazxan oğlu – kiçik gizir Məmmədli Əşrəf Elman oğlu – kiçik gizir Məmmədov Əli Zeynal oğlu – kiçik gizir Mustafayev Əkbər Natiq oğlu – kiçik gizir Namazov Elcan Hidayət oğlu – kiçik gizir Paxırov Elsevər Eyvaz oğlu – kiçik gizir Ramazanlı Əlizamin Umud oğlu – kiçik gizir Şükürov Alim Davud oğlu – kiçik gizir Tağıyev Şahin Rəhim oğlu – kiçik gizir Əliyev Rəvan Yusif oğlu – əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu – əsgər Hüseynov Vusal Yəhya oğlu – əsgər İsgəndərli Səbuhi Yaşar oğlu – əsgər Qalayçiyev Faiq İsrafil oğlu – əsgər Qasımov Mürtaza Elman oğlu – əsgər Quliyev Mehtab Ənvər oğlu – əsgər Nağıyev Əli Elşən oğlu – əsgər Paşazadə Orxan Nazim oğlu – əsgər Vəliyev İbrahim Ələmşah oğlu – əsgər Nəbiyev Elçin Fikrət oğlu.

Bir kənddən 7 şəhid - Prezident hamısını təltif etdi - FOTO

Bir kənddən 7 şəhid - Prezident hamısını təltif etdi - FOTO

Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçilərini təltif edib. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan şəhidlər arasında Biləsuvarın Çaylı kəndinin şəhidləri də yer alıb. Sözügedən kənd 44 günlük Vətən Müharibəsində 7 şəhid verib.

Birinci Qarabağ savaşının qəhrəman şəhidi Asim Abdullayev - FOTO

Birinci Qarabağ savaşının qəhrəman şəhidi Asim Abdullayev - FOTO

Şəhidlik ən ali, müqəddəs məqam, ən yüksək zirvədir. Şəhidlər Vətənin, xalqın yolunda şüurlu surətdə öz canlarından keçən insanlardır. Bu zirvəyə yalnız müqəddəs amalları uğrunda çarpışan, qorxu bilməyən cəsarətli insanlar yüksələ bilərlər…

Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib - FOTO

Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib - FOTO

Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn Rüstəmov Vilayət Məhəmməd oğlu və Həsənov Nurlan Nadir oğlunun əziz xatirələrinə həsr olunmuş anım tədbirləri keçirilib. Bu barədə Primeinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirlərdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

32 il əvvəl itkin düşən şəhid Rəşadət Piriyev Bərdədə dəfn edilib - FOTO

32 il əvvəl itkin düşən şəhid Rəşadət Piriyev Bərdədə dəfn edilib - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və 32 ildən sonra kimliyi müəyyən edilən Piriyev Rəşadət Əli oğlunun meyitinin qalıqları Bərdə rayonunda dəfn olunub. Primeinfo.az xəbər verir ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində keçirilən vida mərasimində Bərdə və Tərtər Rayon İcra Hakimiyyətlırinin, YAP Bərdə rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, deputatlar, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, hərbiçilər, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər. Vida mərasimindən sonra Rəşadət Piriyev Yeni Daşkənd kənd qəbiristanlığında dəfn edilib.