Türkiyənin Tekirdağ vilayətinin Çorlu rayonunda silahlı münaqişəyə müdaxilə edən iki polis əməkdaşı baş verən atışmada ağır yaralanıb, şübhəli şəxs isə zərərsizləşdirilib. Primeinfo.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi yaralı polislərin xəstəxanada şəhid olduğunu açıqlayıb. Hadisə Çorlu rayonunun Rəşadiyyə məhəlləsi, Kumyol küçəsində yerləşən ticarət mərkəzlərindən birində qeydə alınıb.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında sakinlərə mənzillərin açarlarını təqdim edərkən Vətən Müharibəsi şəhidi Sarıyev Samirin atası Sarıyev Əli ilə təsirli söhbət edib. Bu məqamda şəhid Sarıyev Samirin keçdiyi döyüş yolunu bir daha xatırladaq. Sarıyev Samir Əli oğlu 1993-cü il 11 noyabrda Şirvanda dünyaya gəlib.
Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn mayor Məmmədov Anar Elşad oğlunun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mehriban Arif qızı Qarayevanın nəşinin qalıqları Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb. Primeinfo.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid Mehriban Qarayevanın nəşinin qalıqları hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə dəfn olunub.
Paytaxtın Nizami rayonunda silsilə oğurluq hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində yerləşən şəhidlərin xatirəsinə tikilmiş bulaqdan iki ədəd su kranı, eyni zamanda üç avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayıb.
Salyanda ağır yol qəzası baş verib. Primeinfo.az xəbər verir ki, Ələt-Astara magistralının Kür çayı üzərindən keçən hissəsində “Lada Priora” markalı avtomobil qəzaya uğrayıb. Nəticədə Neftçala rayon Xıllı kənd sakini 37 yaşlı Zeyqəm Kamil oğlu İbrahimov həlak olub.
Minaya düşərək həlak olan “Gizir Xanı”ya şəhidlik statusu verilib. Primeinfo.az-ın məlumatına görə, sentyabrın 23-ü Ağdamın Mirəşelli kəndi ərazisində minaya düşərək həlak olan Gizir Xanı kimi tanınan Səyyaf Əhmədova mülki şəhid statusu verilib. S.Əhmədovun ailəsi və yaxınları məlumatı saytımıza təsdiqləyib.
Bakının Sabunçu rayonunda şəhid məzarlarından oğurluq edən şəxslər saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ötən gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda şəhid Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub.
“Hərbi əməliyyatlar başladığı dövrdə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarından 300 nəfərlik xüsusi təyinatlı qrupun seçilməsi tapşırığı verilib”. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev “Facebook” sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, həmin vaxt sırada 600 nəfər xüsusi təyinatlı dayanıb və komandanlıq “yalnız 300 könüllü irəli çıxsın” əmri verib.
Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsinin qalıqlarının axtarışları başa çatıb. Axtarışlar nəticəsində 20-ci şəhidin də nəşi aşkar olunub.