Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: şəhid

Şəhid Fikrət Əzizov Qobustanda dəfn edildi

Şəhid Fikrət Əzizov Qobustanda dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Fikrət Abbas oğlu Əzizovla vida mərasimi keçirilib. Primeinfo.az xəbər verir ki, Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində mərhumun ailə üzvlərinə məxsus evdə baş tutan vida mərasimində şəhidin yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim başa çatdıqdan sonra onun nəşinin qalıqları Qaradağ rayonu, “Sofi Həmid Piri” qəbiristanlığında torpağa tapşırılıb.

TRT-nin jurnalisti Qəzzada həlak oldu - MEDİA və MŞ-dan BAŞSAĞLIĞI

TRT-nin jurnalisti Qəzzada həlak oldu - MEDİA və MŞ-dan BAŞSAĞLIĞI

Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası (MŞ) Türkiyənin TRT telekanalının əməkdaşı Yahia Barzakın Qəzza zolağında həlak olması ilə bağlı başsağlığı veriblər. Primeinfo.az-ın xəbərinə görə, MEDİA-nın “X” hesabındakı paylaşımında qeyd olunub: “Qəzzada peşə borcunu yerinə yetirərkən jurnalist Yahia Barzakın həlak olması ilə bağlı Türkiyə ictimaiyyətinə, TRT ailəsinə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı veririk”. Mətbuat Şurasının yaydığı məlumatda isə vurğulanıb: “Qəzza zolağında Türkiyənin TRT telekanalının əməkdaşı Yahia Barzakın həlak olması böyük faciədir.

Türkiyədə meşə yanğınlarında ölənlərə şəhid statusu veriləcək

Türkiyədə meşə yanğınlarında ölənlərə şəhid statusu veriləcək

Türkiyədə meşə yanğınları ilə könüllü şəkildə mübarizə aparan və yanğında həlak olan şəxslər şəhid sayılacaq. Primeinfo.az xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib. Qeyd edib ki, meşə yanğınlarıyla mübarizə könüllülərinə dair yeni dəyişikliklər qüvvəyə minib.