Xəbər axtarın

Son axtarış nəticələri:

32 il əvvəl itkin düşən şəhid Rəşadət Piriyev Bərdədə dəfn edilib - FOTO

22.05.2026 15:06

32 il əvvəl itkin düşən şəhid Rəşadət Piriyev Bərdədə dəfn edilib - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və 32 ildən sonra kimliyi müəyyən edilən Piriyev Rəşadət Əli oğlunun meyitinin qalıqları Bərdə rayonunda dəfn olunub.

Primeinfo.az xəbər verir ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində keçirilən vida mərasimində Bərdə və Tərtər Rayon İcra Hakimiyyətlırinin, YAP Bərdə rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, deputatlar, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, hərbiçilər, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər.

Vida mərasimindən sonra Rəşadət Piriyev Yeni Daşkənd kənd qəbiristanlığında dəfn edilib. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil, gül dəstələri düzülüb.

Qeyd edilib ki, Rəşadət Piriyev 1973-cü ildə Bərdə rayonu Yeni Daşkənd kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Vətənimizin müdafiəsində iştirak edən R.Piriyev 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Bağırlı və Yanşaq kəndlərinin ərazisində Qızılqaya yüksəkliyində itkin düşmüşdü. Onun şəxsiyyəti aparılan müvafiq ekspertiza nəticəsində müəyyən olunub.

Paylaş: