Xəbər axtarın

Son axtarış nəticələri:

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları ötdü

20.10.2026 11:35

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları ötdü
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə (70 milyard 161,7 milyon dollar) ilə müqayisədə 5,5 faiz artmaqla 74 milyard 4 milyon dollara çatıb.

Primeinfo.az xəbər verir ki, bu barədə ARDNF-nin 2026-cı ilin yanvar-sentyabr ayları neftüzrə gəlir və xərclərinə dair hesabatında qeyd olunub.

Cari ilin yanvar-sentyabr aylarında ARDNF-in büdcə gəlirləri 12 milyard 341,3 milyon manat, o cümlədən neft-qaz gəliri 8 milyard 740,6 milyon manat, idarəetmə gəliri isə 3 milyard 600,7 milyon manat təşkil edib. Fondun büdcə xərcləri isə 9 milyard 681,2 milyon manat olub. Qurumun qızılın qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən büdcədənkənar xərci isə 1 milyard 874 milyon manat təşkil edib.

9 ay ərzində ARDNF mənfəət neft-qazının satışından 7 milyard 343,9 milyon manat, bonus ödənişləri və tranzitdən 0,9 milyon manat, akr hesabı ödənişlərdən isə 4,9 milyon manat gəlir əldə edib. Fonda “Azəri-Çıraq-Günəşli” yatağından 6 milyard 570,6 milyon manat, “Şahdəniz” yatağından isə 565,1 milyon manat vəsait daxil olub.

Hesabat dövründə ARDNF dövlət büdcəsinə 9 milyard 628 milyon manat transfert edib, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 3,6 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 21,9 milyon manat, beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi 2,2 milyon manat, idarəetməyə isə 25,5 milyon manat xərcləyib.

Paylaş: