Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda uşaq bağçasında nöqsanlar aşkarlandı – FOTO

20.10.2026 11:59

Bakıda uşaq bağçasında nöqsanlar aşkarlandı – FOTO

Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Bu barədə Primeinfo.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Bakıda uşaq bağçasında nöqsanlar aşkarlandı – FOTO

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub.

Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.

Bakıda uşaq bağçasında nöqsanlar aşkarlandı – FOTO

Paylaş: