Xəbər axtarın

Son axtarış nəticələri:

Stiven Uitkoff Rusiyaya gedib

21.10.2026 11:26

Stiven Uitkoff Rusiyaya gedib

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff Rusiyaya gedib.

Primeinfo.az Rusiya mediasına istinadən xəbər verir ki, Pulkovo Beynəlxalq Hava Limanında amerikalı rəsmisini Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya yaxın vaxtlarda Prezident Vladimir Putinin Donald Trampın xüsusi elçiləri ilə görüşünü keçirməyi gözləyir.

Onun sözlərinə görə, danışıqların əsas mövzuları xüsusi elçilərin Ukrayna və Avropa tərəfləri ilə təmaslarının yekunları, eləcə də digər vacib məsələlər üzrə mövqe mübadiləsi olmalıdır.

Görüşdə Trampın kürəkəni və müşaviri Cared Kuşner də virtual formatda iştirak edəcək.

Ağ Ev ümid edir ki, ABŞ administrasiyasının Rusiya dizel yanacağının satışına tətbiq edilən sanksiyaları ləğv etməsindən və Moskvanın müsbət qarşıladığı digər addımlardan sonra Putin kompromisə daha çox hazır olacaq.

 

Paylaş: