
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) oktyabrın 24-ü və 25-də artan sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
Primeinfo.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, Bakı–Qazax–Bakı marşrutu üzrə də ənənəvi qrafikə uyğun olaraq gündəlik səfərlər təşkil olunur.
Qatar biletlərini ADY-nin rəsmi internet saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etmək mümkündür.
