Xəbər axtarın

Son axtarış nəticələri:

Navai azadlığa buraxıldı

20.10.2026 13:02

Navai azadlığa buraxıldı
Qazaxıstanda saxlanılan azərbaycanəsilli rusiyalı reper Navai (Nəvai Bəkirov) Qazaxıstanın istintaq təcridxanasından girov müqabilində azadlığa buraxılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Rusiyalı rep ifaçısı ilə bağlı cinayət işinə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, onun ilk dəfə hüquq pozuntusu törətməsi və fəal peşmanlığı nəzərə alınaraq, bəraət verməyən əsaslarla xitam verilib. Qəbul edilmiş prosessual qərar nəzarət orqanı tərəfindən təsdiq edilib”, – deyə bildirilib.

Məlumata görə, Navai artıq təyyarə ilə Rusiyaya uçub.

Qeyd edək ki, Bəkirov oktyabrın 13-də Qırğızıstandan Qazaxıstana daxil olarkən “Korday” sərhəd məntəqəsində saxlanılıb. Polisin məlumatına görə, sənətçinin içində olduğu avtomobilə baxış zamanı narkotik maddə aşkar edilib.

Paylaş: