
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Moskvaya gəliblər.
Primeinfo.az xəbər verir ki, ABŞ prezidentinin xüsusi elçiləri, eləcə də onları qarşılayan Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyevi daşıyan avtomobil karvanı Vnukovo-2 hava limanından Moskvaya doğru yola düşüb.
***
14:15
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Rusiyaya səfərə gəlib.
Primeinfo.az xəbər verir ki, içərisində ABŞ nümayəndələrin olduğu güman edilən təyyarənin Vnukovo-2 hava limanına endiyi bildirilir.
Rusiya KİV-i Uitkoff və Kuşnerin avtomobil korteji olduğu ehtimal edilən görüntülərini yayıb.
Qeyd edək ki, ABŞ prezidentinin xüsusi elçilərinin Ukrayna münaqişənin nizamlanması ilə bağlı təkliflərini tərəflərə çatdırmaq üçün sentyabrın 5-6-da Moskva və Kiyevə səfər edəcəkləri açıqlanıb.