Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: qətl

Salyan sakini anasını, atasını və qardaşının arvadını BIÇAQLAYIB - ANA ÖLÜB

Salyan sakini anasını, atasını və qardaşının arvadını BIÇAQLAYIB - ANA ÖLÜB

Salyanda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb. Salyan rayon prokurorluğundan Primeinfo.az-a verilən məlumata görə, oktyabrın 27-də Salyan rayonunun Sarvan kənd sakini 1971-ci il təvəllüdlü Çiçək İsmayılovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla 1998-ci il təvəllüdlü Pərvin İsmayılovun ailə üzvləri 1966-cı il təvəllüdlü Ağababa İsmayılov, 1989-cu il təvəllüdlü Təranə İsmayılovaya və Çiçək İsmayılovaya bıçaqla xəsarətlər yetirməsi, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Əhmədlidə restoranda qətlin törədilməsində ittiham olunan şəxslər HƏBS OLUNUB - YENİLƏNİB

Əhmədlidə restoranda qətlin törədilməsində ittiham olunan şəxslər HƏBS OLUNUB - YENİLƏNİB

Bakının Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranda oktyabrın 23-də baş verən insident nəticəsində törədilən qətldə ittiham olunaraq saxlanılan iki nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub. Primeinfo.az-ın əldə etdiyi məlumata görə, Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi rayon məhkəməsində baxılacaq. Qeyd edək ki, hadisə oktyabrın 23-də gecə Xətai rayonu, General Şıxlıniski küçəsində yerləşən keçmiş “Ab-hava” restoranında baş verib.

"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi - SƏBƏB

"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi - SƏBƏB

Kriminal aləmdə “Piter Elçin” ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Primeinfo.az Pravda.az-a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən son iclasda qərar elan olunub: Şirvan Apellyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. İttiham aktına görə, 26 sentyabr 2012-ci il tarixdə Rusiyanın paytaxtı Moskva şəhərində M.Quluzadənin əmisi oğlu Amil Quliyev öldürülüb.

Bakıda ata və qızının birlikdə kürəkəni öldürmək səbəbi bilindi - ŞOK DETALLAR - FOTO

Bakıda ata və qızının birlikdə kürəkəni öldürmək səbəbi bilindi - ŞOK DETALLAR - FOTO

  Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlum olub ki, 2019-cu ildə Ədil Məhərrəmov Nuranə adlı xanımla ailə həyatı qurub.

Müğənni qardaşını öldürən şəxsə  17 il 6 ay CƏZA

Müğənni qardaşını öldürən şəxsə  17 il 6 ay CƏZA

Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Xasay Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Xasay Quliyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Gədəbəydə atasını öldürən şəxs 34 il sonra SAXLANILDI

Gədəbəydə atasını öldürən şəxs 34 il sonra SAXLANILDI

34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb Baş Prokurorluqdan Primeinfo.az-a verilən məlumata görə, Gədəbəy rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Belə ki, 1992-ci il mayın 31-də Gədəbəy rayonu, Turşsu kəndi yaxınlığında, “Bəkdəmir yalı” adlanan ərazidə üzərində zorakılıq əlamətləri olan Məmmədov Şahbaz Abuzər oğlunun meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. Cinayət əməlini törətmiş şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması mümkün olmadığından iş üzrə icraat sonuncu dəfə 1993-cü il martın 1-də dayandırılıb.

Məşhur reper Tupakın qatili 30 il sonra tapıldı

Məşhur reper Tupakın qatili 30 il sonra tapıldı

1996-cı ildə məşhur reper Tupak Şakurun qətlini təşkil etməkdə ittiham olunan keçmiş dəstə lideri Duayn “Keffi Di” Devis məhkəmənin hökmü ilə təqsirli bilinib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu, 1996-cı ildə baş vermiş qətl işi üzrə çıxarılan ilk hökmdür. Andlılar məhkəməsi Devisi ölümcül silahdan istifadə etməklə qətldə təqsirli bilib.

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı

Bu gün səhər saatlarında Bakının Sabunçu qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində baş verən qətl hadisəsinin təfərrüatları məlum olub. 54 yaşlı Sevinc Şahmar qızı Məmmədovanın oğlu tərəfindən şəxsiyyət vəsiqəsi üstündə öldürüldüyü iddia edilir. Mərhumun “NİDA” Vətəndaş Hərəkatının üzvü olmuş və 2021-ci ildə İstanbulda vəfat edən ictimai fəal Bayram Məmmədovun anası olduğu məlum olub.

Arvadını xüsusi amansızlıqla öldürən şəxsə 15 il həbs verildi

Arvadını xüsusi amansızlıqla öldürən şəxsə 15 il həbs verildi

Şəmkirdə arvadını qətlə yetirməkdə təqsirləndirilən Arif Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Arif Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.