Xəbər axtarın

Son axtarış nəticələri:

Arvadını xüsusi amansızlıqla öldürən şəxsə 15 il həbs verildi

01.08.2026 16:45

Arvadını xüsusi amansızlıqla öldürən şəxsə 15 il həbs verildi

Şəmkirdə arvadını qətlə yetirməkdə təqsirləndirilən Arif Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Primeinfo.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Arif Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında Şəmkir rayonunda baş verib. Arif Hacıyev ailədaxili münaqişə zəminində arvadı Röyalə Hacıyevanın boğazını kəsərək onu qətlə yetirib.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Paylaş: