Xəbər axtarın

Son axtarış nəticələri:

Müğənni qardaşını öldürən şəxsə  17 il 6 ay CƏZA

14.09.2026 22:00

Müğənni qardaşını öldürən şəxsə  17 il 6 ay CƏZA

Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Xasay Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Primeinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Xasay Quliyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2025-ci il avqustun 12-də Laçın rayonu ərazisində baş verib. Hadisə zamanı Səfər Quliyev ailə münaqişəsi zəminində ov tüfəngi ilə qətlə yetirilib. Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, Səfər Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.

Faktla bağlı cinayət işi başlanılıb, Xasay Quliyev Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, bölgədə müğənni kimi tanınan Səfər Quliyev Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Laçın Rayon Komitəsinin sədri vəzifəsində çalışıb.

Paylaş: