Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Elm və Təhsil Nazirliyi

Müəllimlər vahid geyim formasına keçirlər - Nazirdən AÇIQLAMA

Müəllimlər vahid geyim formasına keçirlər - Nazirdən AÇIQLAMA

“Müəllimlərin vahid geyim forması ilə bağlı bu günlərdə yeni qaydalar qüvvəyə minəcək”. Primeinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib. “Müəllimlər müvafiq qaydalara əməl etməlidirlər.

Təhsil naziri brifinq keçirir - CANLI

Təhsil naziri brifinq keçirir - CANLI

Hazırda elm və təhsil naziri Emin Əmrullayev brifinq keçirir. Primeinfo.az xəbər verir ki, nazir yeni tədris ili ilə bağlı mühüm açıqlamalar verir. Brifinqi canlı təqdim edirik:

Nazirlik Ərdoğanın Qarabağ Universiteti ilə bağlı qərarını şərh etdi

Nazirlik Ərdoğanın Qarabağ Universiteti ilə bağlı qərarını şərh etdi

“Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb”. Primeinfo.az xəbər verir ki, bu, Elm və Təhsil Nazirliyinin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ Universiteti ilə bağlı qərarında əksini tapıb. Bildirilib ki, Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti (İTU) arasında mühəndislik istiqaməti üzrə tədris, təlim və elmi-tədqiqat fəaliyyətlərinin təşkili, eləcə də müvafiq təhsil infrastrukturunun yaradılması nəzərdə tutulur.

“Təhsil TV”-nin yeni saytı istifadəyə verilib

“Təhsil TV”-nin yeni saytı istifadəyə verilib

Azərbaycanda təhsil sahəsində ilk internet televiziya platforması olan “Təhsil TV” yeni rəsmi saytını istifadəyə verib. tehsil.tv ünvanında fəaliyyət göstərən platforma təhsil sahəsində baş verən yeniliklərin, xəbərlərin, video materialların, verilişlərin və canlı yayımların vahid rəqəmsal məkanda təqdim olunmasına imkan yaradır. Elm və Təhsil Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, yeni platformanın əsas məqsədi təhsil sahəsində baş verən prosesləri daha operativ və əlçatan formada ictimaiyyətə çatdırmaq, şagird, tələbə, müəllim və valideynlərin keyfiyyətli təhsil məzmununa çıxış imkanlarını genişləndirməkdir.

Özəl bağçalara sənəd qəbulu BAŞLAYIR

Özəl bağçalara sənəd qəbulu BAŞLAYIR

Nazirlər Kabinetinin 2026-cı il 17 iyul tarixli 218 nömrəli qərarının icrası ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi elan edilir.  Bu barədə Primeinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin əsas məqsədi 2026/2027-ci tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsidir.

Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri ELAN EDİLİB

Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri ELAN EDİLİB

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrinə qəbulun nəticələri müəyyən olunub. Bu barədə Primeinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, namizədlər müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq, Dövlət Proqramına qəbul olunub və proqram iştirakçısı adını qazanıblar.

250-yə yaxın yeni ixtisas YARADILIB - Nazirlikdən AÇIQLAMA

250-yə yaxın yeni ixtisas YARADILIB - Nazirlikdən AÇIQLAMA

Yeni ixtisas təsnifatında ümumilikdə 250-yə yaxın ixtisas yer alıb. Primeinfo.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman jurnalistlərə açıqlamasında bildirib. “Hazırda qüvvədə olan peşə təhsili ixtisaslarının təsnifatında 800-dən artıq ixtisas yer alır.

Prezident Fərmanının icrası istiqamətində zəruri tədbirlərin icrasına başlanılıb - ETN

Prezident Fərmanının icrası istiqamətində zəruri tədbirlərin icrasına başlanılıb - ETN

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı modeli dövlət hesabına maliyyələşəcək. Elm və Təhsil Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə bağlı Fərmanı bu sahədə əlçatanlığın artırılması istiqamətində atılmış mühüm addımdır. Fərman özəl məktəbəqədər təhsil müəssisələrinin potensialından səmərəli istifadə etməklə daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasına, valideynlərin seçim imkanlarının genişlənməsinə və bu sahədə dövlət dəstəyinin effektiv mexanizmlərlə həyata keçirilməsinə xidmət edir.